Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Elmar Məmmədyarov surinamlı həmkarı ilə görüşüb

02.03.2019 20:36 2 378
Elmar Məmmədyarov surinamlı həmkarı ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının Abu-Dabidə keçirilən 46-ci sessiyası çərçivəsində Surinam Respublikasının xarici işlər naziri Yldiz Pollak Beigle ilə görüşüb.

XİN-dən verilən məlumata əsasən, Elmar Məmmədyarov qarşı tərəflə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Avropa və digər ölkələr Qrupunun yaradılması, eləcə də Surinam Respublikasının bu qrupa daxil edilməsi məsələsi ətrafında fikir mübadiləsi aparıb.

Daha sonra Azərbaycanla Surinam arasında diplomatik əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edən Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası və Surinam Respublikası arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş layihəsinin imzalanmağa hazır olduğunu qeyd edib. Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Surinam arasında təhsil sahəsində əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu bildirib.

Surinam naziri ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğuladı və bu xüsusda tərəflər arasında səfərlər mübadiləsinin həyata keçirilməsinin vacibliyini qeyd edib. Xanım Nazir Azərbaycanlı həmkarını Qoşulmama Hərəkatının sədri qismində Surinama dəvət edib.

Görüş zamanı, həmçinin Azərbaycan Surinam arasında iqtisadi əməkdaşlıq perspektivləri müzakirə olunub.скачать dle 11.3

Son xəbərlər