Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

FHN Bakı Nəqliyyat Agentliyinin açıqlamasına münasibət bildirib

21.03.2019 20:23 1 694
FHN Bakı Nəqliyyat Agentliyinin açıqlamasına münasibət bildirib
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda sərnişin avtobusunda qeydə alınan yanğın hadisəsinin Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən təkzib edilməsinə münasibət bildirib.

FHN-nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı açıqlamasında deyib ki, sərnişin avtobusunda yanğın hadisəsinin qeydə alınması dəqiqdir: "FHN-nin saytında dərc olunan operativ məlumatları təsdiq və ya təkzib etməyi lüzumsuz görürəm. Ona görə ki, dərc olunan bütün informasiyalar konkret olaraq reallığı tam şəkildə əks etdirir. FHN-in saytında yayımlanan məlumatları dəqiqləşdirmək lüzumsuzdur".

Qeyd edək ki, FHN səhər saatlarında Bakıda “İveco” markalı sərnişin avtobusunun mühərrik hissəsinin yanması və yanğının söndürüldüyü barədə məlumat yayıb. BNA isə paytaxtda sərnişin avtobusunun yanması barədə xəbəri təkzib edib. Bildirib ki, martın 21-də "BakuBus" MMC-yə aid iki sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş versə də, hər hansı yanğın hadisəsi qeydə alınmayıb.//report.az

Son xəbərlər