Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Müəmmalı şəkildə ölən keçmiş nazirin İspaniyada çoxsaylı mülkləri üzə çıxıb

21.03.2019 18:35 1 833
Müəmmalı şəkildə ölən keçmiş nazirin İspaniyada çoxsaylı mülkləri üzə çıxıb
Rusiyanın keçmiş mətbuat naziri, 2015-ci ilin noyabrında Vaşinqtondakı "Dupont Circle” otelində müəmmalı şəkildə ölən Mixail Lesinin İspaniyada çoxsaylı mülkləri aşkar olunub.

Median.Az
"Rosbalt”a istinadən xəbər verir ki, 2015-ci ildə İspaniya hüquq-mühafizə orqanları Mixail Lesinin 2009-cu ildə vəzifədən niyə azad olunduğu barədə informasiya toplayıb və Rusiya hakimiyyət orqanlarına sorğular verib. Belə ki, İspaniya hüquq-mühafizə orqanları Lesinin korrupsiya ilə bağlı işdən azad edilməsindən şübhələnirdi.

Məlum olub ki, ispan hakimiyyəti İspaniya ərazisində Mixail Lesinə və onunla bağlı olan adamlara məxsus çoxsaylı mülklər, daşınmaz əmlak obyektləri aşkarlayıb. Həmin mülklər offşor firmalar üzərindən alınıb. Şübhə var ki, bu mülklərin alınması üçün "çirkli pullar” istifadə olunub.

Bundan əvvəl Rusiya mənbələri xəbər vermişdi ki, İspaniya hüquq-mühafizə orqanları Mixail Lesinin bu ölkədə cinayətkar yollarla əldə edilmiş gəlirləri leqallaşdırmasına dair təhqiqatı davam etdirməkdən imtina edib.

57 yaşında Vaşinqtondakı oteldə ölü tapılan keçmiş rusiyalı nazirin ölümü hələ də müəmmalı olaraq qalır. Versiyalardan birinə görə o, Rusiya hakim elitası ilə bağlı kompromatları Federal Təhqiqatlar Bürosuna verməyə razılaşmışdı və Vaşinqtona bu məqsədlə getmişdi. Lakin ona planını sona çatdırmağa imkan verməyiblər.

Ekspertiza keçmiş nazirin başında, boynunda və boğazında küt alətdən yaranan zədələr müəəyyən ediblər. Lakin bu zədələrin Lesinin bərk sərxoş halda yıxılaraq aldığı, yoxsa qətl əlamətləri olduğunu müəyyənləşdirmək mümkün olmayıb.

Bu günlərdə Lesinin ölümü ilə bağlı hesabat üzə çıxmışdı və məlum olmuşdu ki, keçmiş nazirin boynu, habelə dilaltı sümüyü sınıb. Lesin 2004-2009-cu illərdə Rusiya prezidentinin müşaviri olub, lakin Dmitri Medvedyev prezident olanda "dövlət qulluqçusu etikasını pozduğu üçün” işdən azad edilib. Məlumatlara görə Lesin öz statusundan bizneslə məşğul olmaq üçün istifadə edib.

Daha əvvəl-1999-2004-cü illərdə isə Lesin mətbuat naziri idi. Prezidentin müşaviri vəzifəsindən azad olunandan sonra o, nəhəng "Qazprom-Media” holdinqinin idarə heyətinə (2013-cü ildən 2015-ci ilin yanvarına qədər) başçılıq edib.

Son xəbərlər