Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Zurabişvili azərbaycanlılarla görüşdü - FOTO

19.03.2019 23:54 2 101
Zurabişvili azərbaycanlılarla görüşdü - FOTO
Gürcüstan Prezidenti Salome Zurabişvili Kvemo Kartli bölgəsinin Marneuli rayonunda kənd təsərrüfatının inkişaf perspektivləri ilə tanış olub.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, martın 19-da Salome Zurabişvili Marneuli rayonunun azərbaycanlılar yaşayan Dəmyə-Görarx kəndindəki istixana təsərrüfatına baxıb, bölgə rəhbərliyi və kənd əhalisi ilə görüşüb.

Bildirilib ki, 2014-cü ildə yaradılmış istixana 2 hektar ərazini əhatə edir. Burada illik məhsuldarlıq 300-400 ton təşkil edir.

Dövlət başçısı regionda kənd təsərrüfatının inkişafının vacibliyini vurğulayıb, bu sahənin inkişafında kiçik və orta sahibkarlığın, fermer təsərrüfatlarının rolunu qeyd edib.

Sonra S.Zurabişvili Əzizkənd kəndində olub və buradakı "Hazır şitil" istixanasının fəaliyyəti ilə maraqlanıb.

İstehsal olunan məhsulun daxili bazarda satıldığı və xaricdə də bu məhsullara ehtiyac olduğu diqqətə çatdırılıb.

Gürcüstan Prezidenti bölgədə kənd təsərrüfatının inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb və bunun üçün sərmayələrin cəlb olunmasının vacibliyini vurğulayıb.

Son xəbərlər