Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

YAP-ın sədr müavini: "Əli İnsanovun azadlığa buraxılması üçün heç bir tərəfdən nə xahiş, nə də istək olub"

19.03.2019 16:11 2 016
YAP-ın sədr müavini:
"Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı 400-dən artıq insana şamil edildi. Bu, Prezidentin böyük humanizmindən xəbər verir. Müxtəlif qanun pozuntularına yol verdiklərinə görə azadlıqdan məhrum edilən insanları əfv etməklə onların ailələrinə sevinc bəxş etdi. Bu sərəncam ilk deyil, dəfələrlə belə sərəncamlar imzalanıb. Azərbaycan hökumətinin məqsədi insanı cəzalandırmaq deyil, qanunun aliliyini gözləməklə insanı etdiyi səhvdən çəkindirməkdir. Əgər bu adamlar etdiyi səhvi başa düşübülərsə, Prezident humanizmlik göstərir və əfv edir. Əfv edilən şəxslərdən biri də Əli İnsanovdur. Prezident onu əfv etməklə humanizmliyini nümayiş etdirdi".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

O, təəssüf hiss ilə qeyd edib ki, Əli İnsanov azadlığa buraxıldıqdan sonra fərqli açıqlama verib: "Prezidentin humanizmliyi sayəsində azadlığa çıxan insan gərək belə etməyəydi. Görürsünüz ki, azadlığa çıxanlar içərisində fərqli dünya görüşünə malik insanlar var. Onların hamısı əfv sərəncamını yüksək qiymətləndirdi. Ən azından bu insani borcdur. Əgər sənə qarşı yaxşılıq, humanistlik edilibsə, bu, bir insani borcdur ki, ona "sağ ol” deyəsən. Amma biz bunu Əli İnsanovdan görmədik.

Bildiyimə görə, Əli İnsanovun azadlığa buraxılması Prezidentin bilavasitə şəxsi təşəbbüsüdür. Bununla bağlı heç bir tərəfdən nə xahiş, nə də istək olub".

YAP rəsmisi vurğulayıb ki, hər hansı beynəlxalq təşkilat və ya dövlət Əli İnsanovun azadlığa buraxılması ilə bağlı Azərbaycan hökuməti qarşısında nə vəsatət qaldırıb, nə də xahiş edib: "Əli İnsanovun pis bir bəyanat səsləndirməsi, guya, azadlığa çıxmasında hansısa dövlətin xidmətlərinin olması haqqında danışması ona edilən yaxşılığın dərk etməməsi anlamına gəlir. Bu, ən yumşaq şəkildə ifadə ediləndir. Görünür, Əli İnsanov əfv olunmasına baxmayaraq, islah olunmayıb. Buna çox təəssüf edirəm. Hesab edirəm ki, Əli İnsanov səhv addımını başa düşər. Etdiyi səhvlər onun üçün nəticə olmalıdır. O, Prezidentin etdiyi humanizmi qiymətləndirməlidir. Əgər qiymətləndirə bilmirsə, bu, onun hansı keyfiyyətlərə malik olduğunu göstərir”.

Son xəbərlər