Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Əfv sərəncamı daha beş cəzaçəkmə müəssisəsində icra olunub - YENİLƏNİB

19.03.2021 12:03 1 080
Əfv sərəncamı daha beş cəzaçəkmə müəssisəsində icra olunub - YENİLƏNİB
Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin daha dörd cəzaçəkmə müəssisəsində də icra olunub.

6 saylı cəzaçəkmə müəssisəsindən 26 nəfər məhkuma arayışlar təqdim olunub və onlar azadlığa buraxılıb. Daha 14 nəfərin isə cəzasının çəkilməmiş hissəsi yarıya qədər azaldılıb.

9 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı ümumilikdə 8 nəfərə şamil olunub. Onlardan beş nəfəri azadlığa buraxılıb, üç nəfər məhbusun isə cəza müddəti azaldılıb.

17 saylı cəzaçəkmə müəssisəsindən isə sərəncam şamil edilən 13 nəfərdən 11 nəfər azadlığa buraxılıb, iki nəfər məhbusun isə cəzası azaldılıb. Azadlığa buraxılanlardan üçü əcnəbi - Əfqanıstan, Gürcüstan və İran vətəndaşlarıdır.

15 saylı cəzaçəkmə müəssisəsində sərəncamla 18 nəfər məhkuma arayışlar təqdim olunub və onlar azadlığa buraxılıb. Daha iki nəfər məhkumun isə cəzasının çəkilməmiş hissəsi yarıya qədər azaldılıb.

* * * * *

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində də icra olunub.

16 saylı Cəzaçəkmə Müəssisəsində sərəncam 14 nəfərə şamil olunub.

Onlardan 12 nəfər azadlığa buraxılıb, iki nəfər məhkumun isə cəzası azaldılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam ümumilikdə 625 nəfərə şamil olunub.

//oxu.az
скачать dle 11.3
Mojo.az Banner