Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

12 il sonra üçəmləri oldu, üçotaqlı mənzil bağışlandı - FOTO

18.03.2019 23:55 2 184
12 il sonra üçəmləri oldu, üçotaqlı mənzil bağışlandı - FOTO
2019-cu ilin Novruzu Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Ömər Ələkbərovun ailəsinə də xoş müjdələrlə qədəm qoyur. On iki ilin həsrətindən sonra onun iki oğlan və bir qız olmaqla, üçəm körpəsi dünyaya gəlib. Uşaqlara erməni vəhşiliyinin qurbanı olan məsum körpə Zəhranın və milli qəhrəmanlarımız Mübarizlə Çingizin adları verilib. Körpələr sağlam və gümrahdırlar.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ömər Ələkbərov Gəncə şəhərində anadan olub. Müddətli həqiqi hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında, Ermənistanla sərhəddə ön sərgərdə başa vurduqdan sonra həyatını həmişəlik olaraq orduyla bağlayıb. Beş ildən çoxdur ki, Vətənə sədaqətlə xidmət edir. Nümunəvi davranışı, nizam-intizamı və döyüş qabiliyyəti, peşəkarlığı ilə silahdaşlarının və komandirlərinin rəğbətini qazanıb. Cəbhə bölgəsində xidmətlərinə görə dəfələrlə mükafatlandırılıb. Hazırda motoatıcı taqım komandirinin müavinidir. Üçəm körpələrinin dünyaya gəlməsi 13 yaşında itirdiyi ata-anasının yoxluğunu qismən də olsa ona unutdurub.

Müdafiə Nazirliyinin rəhbərliyi və Ö.Ələkbərovun xidmət etdiyi hərbi birliyin komandanlığı ailənin bütün problemlərini qarşılamağı öz üzərlərinə götürüb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə bir qrup əməkdaş bu gün üçəm körpəni K.Fərəcova adına Elmi-tədqiqat Pedriatriya İnstitutundan təntənə ilə çıxarıblar.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Müdafiə Nazirliyi rəhbərliyinin, eləcə də, bütün hərbi qulluqçuların adından ailəyə gözaydınlığı verib, tibb işçilərinə minnətdarlığını bildirib. Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin Mahnı və Rəqs ansamblının milli geyimli üzvləri şirinlik paylayıb, üzərlik yandırıblar. Gəncə şəhərində üçotaqlı xidməti mənzilin açarları ailəyə təqdim edilib.

Baş həkim, tibb üzrə fəlsəfə doktoru, dosent Səadət Ələsgərova və tibb elmləri doktoru, həkim Ədilə Hacıyeva Müdafiə Nazirliyinin bu təşəbbüsünü yüksək dəyərləndirib, körpələrin valideynlərini bir daha təbrik edib və Azərbaycan əsgərlərinə səmimi salamlarını çatdıraraq Qarabağa zəfər yürüşündə qəhrəman döyüşçülərimizin sıralarında olacaqlarını vurğulayıblar.

Kiçik çavuş Ömər Ələkbərov göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirərək deyib: "Mən Azərbaycan Ordusunun əsgəri olmağımla fəxr edirəm. Arxamızda böyük bir xalqın və cənab İlham Əliyev kimi müdrik Prezidentin, qətiyyətli sərkərdənin durmasından qürur duyuram. Ölkəmizin iqtisadi potensialının dinamik inkişafı nəticəsində Ordumuzun maddi-texniki bazası daha da möhkəmləndikcə, biz hərbi qulluçuların sosial müdafiəmiz, xidmət və mənzil-məişət şəraitimiz, ailələrimizə göstərilən qayğı da bir o qədər yüksəlir. Mənə və ailəmə bu gün göstərilən qayğı ümumiyyətlə, hər bir hərbi qulluqçuya göstərilən diqqət və qayğının daha bir bariz nümunəsidir. Bircə o qalır ki, biz də göstərilən etimadı nümunəvi xidmətlərimizlə doğruldaq. Mən Ali Baş Komandanımızı və Müdafiə Nazirliyinin rəhbərliyini əmin edirəm ki, bundan sonra da Vətən qarşısında əsgəri borcumu şərəflə yerinə yetirəcək və əməli fəaliyyətimlə ümidləri doğruldacağam".

Üçəm körpə və valideynləri musiqi sədaları altında Gəncəyə - yeni ünvana yola salınıblar.//milli.az

Son xəbərlər