Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb | 13:35 Sabah yağış yağacaq, külək əsəcək | 13:27 Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video | 13:23 Paşinyan Türkiyəni seçdi - KTMT sammitinə getməyəcək | 13:10 Azərbaycan millisinin dünya reytinqində yeri məlum oldu | 13:09 Tbilisidə Heydər Əliyevin büstünə ziyan vurmaqda ittiham olunan erməniəsilli şəxsin məhkəməsi təxirə salınıb | 13:07 Azərbaycan nefti kəskin ucuzlaşdı | 12:52 İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO | 12:50 XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib - FOTO | 12:36 "TikTok"la bağlı qalmaqal böyüyür: 26 mindən çox şübhəli hesab üzə çıxarıldı | 12:27 Sumqayıtda peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək? - Video | 12:18 Röya Ayxanın adından dələduzluq - FOTO | 12:13 İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video | 12:10 Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü | 12:04 Azərbaycan Prezidenti polşalı həmkarına məktub göndərdi | 11:50 İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi | 11:44 Azərbaycana 33 sm qar yağıb - Faktiki hava | 11:31 Azərbaycanda bəzi məktəblərdə yeddi gün dərs olmayacaq | 11:24 Zamin duranlar və nisyə mal satanlar üçün yeni tələb |
Mojo.az Avto
Mojo.az Avto

Cəlilabadda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

15.03.2019 21:35 1 968
Cəlilabadda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb
Cəlilabad rayon Polis şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini olan narkotacirdən 14 kiloqramdan çox narkotik vasitə aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında, keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Ədil Baxşıyev saxlanılıb.

Onun idarə etdiyi avtomobilə keçirilən baxış zamanı 1 kiloqram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Ədil Baxşıyevin rayonun Uzuntəpə kəndində yerləşən evinə və həyətindəki yarımtikiliyə keçirilən baxış zamanı isə oradan 7 kiloqram 375 qram heroin, 5 kiloqram 135 qram tiryək, 815 qram metamfetamin aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.//report.az

Son xəbərlər