Mojo.az Banner
12:41 Keçmiş icra başçısına yeni vəzifə verildi - FOTO  |     12:36 Kişi yemək hazırlamayan arvadına telefonla vuraraq xəsarət yetirdi  |     12:21 Azərbaycan neftinin qiyməti 80 dollara düşüb  |     12:02 26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı  |     11:40 Soyuq hava axını bəzi xəstəlikləri kəskinləşdirə bilər: Sərinkeşdən istifadə qaydaları  |     11:32 Mərdəkanda dənizdə batan şəxslərin FOTOLARI  |     11:28 Bakıda bıçaqlanma: Şübhəli şəxs saxlanıldı  |     11:27 "Epşteyn işi"nin gizlinləri: Çatışmayan sənədlər və məxfi saxlanılan adlar  |     11:22 Azərbaycanda qumar oyunlarına görə cəzalar sərtləşdirilir  |     11:20 Azərbaycanda daşınmaz əmlakın dövlət kadastrı ilə bağlı MÜHÜM YENİLİK  |     22:59 Türkiyə gəmisinə hücum oldu, yaralılar var  |     22:56 Nazir şagirdlərin monitorinq imtahanında sual kitabçalarının yığılmasına aydınlıq gətirib  |     22:50 Gürcüstanda yaşayan azərbaycanlıların sayı açıqlandı  |     22:41 Messi mundiallarda vurulan qolların sayına görə mütləq rekordçu oldu - VİDEO  |     22:35 Sabah bu yerlərdə işıq kəsiləcək  |     22:29 Azərbaycandan Ermənistana gübrə göndəriləcək  |     22:22 Zaqatalada güclü külək fəsadlar yaratdı: Evlərin damı uçub  |     22:15 Bu şəhərlərdə qaz təchizatında fasilələr yaranacaq  |     22:09 Repititorluğu ləğv etmək mümkün deyil - Təhsil naziri  |     22:01 Bakı universitetlərində bakalavrların sayı azaldılacaq  |    
Left Banner
Right Banner

Afətin mahnısını oxuduqları üçün işdən qovulan tibb işçiləri ilə bağlı - AÇIQLAMA

15.03.2019 12:03 4 082
Afətin mahnısını oxuduqları üçün işdən qovulan tibb işçiləri ilə bağlı - AÇIQLAMA
Səhiyyə Nazirliyi Şəki Mərkəzi Rayon Xəstəxanasının beş əməkdaşının işdən çıxarılması ilə bağlı məsələyə aydınlıq gətirib.

Qurumdan oxu.az-a verilən açıqlamada bildirilib ki, onlar işdən müğənni Afət Fərmanqızının mahnısını ifa etdiyi üçün çıxarılmayıblar.

“Bu hadisə Şəki Mərkəzi Rayon Xəstəxanasında baş həkimlə işçilər arasında yaşanan məsələdir. Əgər işçilər hüquqlarının pozulduğunu düşünürsə, aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərlər”.

Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Elçin Əmirov da yayılan söz-söhbətlərə aydınlıq gətirib.

Baş həkim saytımıza açıqlamasında işçilərin ayın 6-da öz ərizələri ilə işdən ayrıldıqlarını deyib:

“Onlar ayın 5-i bu videonu iş saatında cərrahi blokda çəkiblər. Videogörüntüləri özünüz də izləmisiniz. Tibb işçilərinə yaraşan hərəkət deyil. Onları heç kim təhqir etməyib, heç kim təzyiq göstərməyib. Onlar həkim deyil, iki tibb bacısı, üç xadimə olub.

Onları otağa çağırıb məsələyə aydınlıq gətirmələrini istəmişəm. Bildirdim ki, iş saatlarında bu kimi davranışa yol vermək olmaz. Onlar da özləri ərizə yazıb işdən çıxdılar. İndi efirlərə yazırlar, hərəkətlərindən peşman olublar. Bu, sadəcə, məlum hadisəyə ictimai qınaqdır”.

Baş həkim həmin işçilərin yenidən işə qaytarılması ehtimalının olub-olmamasına da aydınlıq gətirib. O bildirib ki, bu, mümkün deyil

Məsələnin hüquqi tərəflərini saytımıza şərh edən hüquqşünas Günel Səfərova bildirib ki, Əmək Qanunvericiliyinə görə, məlum videoda heç bir huquq pozuntusu yoxdur:

“Əmək Qanunvericiliyində işçinin könüllü şəkildə işdən çıxmasına dair maddə var. Bu maddə hazırda əksər iş yerlərində yaxşı şəkildə istifadə edilir. Çünki könüllü deyil, işə götürən tərəfindən işdən çıxarılan şəxsin məhkəməyə və aidiyyəti orqanlara müraciət etmək hüququ yaranır.

Hazırda onların məhkəməyə müraciət etmək hüququ və məsələni aydınlaşdırmaq haqları var. Ancaq burada bir məsələ var. Həkimlərin, eləcə də, müəllimlərin xüsusi davranış, etik kodeksləri var. Videonun hansı məkanda çəkildiyini dəqiq bilmək olmur.

Arxada xəstələr yoxdur. Bu, sadəcə, əyləncə xarakterli video olub. Qanunla burada heç bir pozuntu yoxdur. Yaxşı olardı ki, insanların sağlamlığına ziyan vuran həkimlərə bu cür sərt cəzalar tətbiq edilsin, nəinki bu kimi hallara”.


скачать dle 11.3
Mojo.az Banner