Mojo.az Banner
22:57 "Formula-1"lə bağlı mühüm dəyişikliklər  |     22:52 Bakını tərk edən deputat danışdı: “Artıq burada yaşayıram”  |     22:42 Yumurta yeyənlərin diqqətinə: Bu xəstəliyin riski daha aşağı ola bilər  |     22:31 Serdar Ortaç vəsiyyətini açıqladı – Mirası kimlərə qalacaq?  |     22:21 Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı - SİYAHI  |     22:10 Universitetin 3-cü kurs tələbəsi vəfat etdi  |     21:53 Ozon dəliyi rekord səviyyədə kiçildi  |     21:48 Bu universitetlərdə dərslər onlayn keçiriləcək  |     21:40 "Bitcoin" sürətlə bahalaşır - Yeni QİYMƏT  |     21:35 Çalışanların 98 faizindən çoxu bu sektordadır - RƏQƏMLƏR  |     21:28 Azərbaycanda ən çox bu xəstəliklərdən əziyyət çəkirlər - RƏSMİ STATİSTİKA  |     21:23 Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu  |     21:15 Bu əsgərlərə pis xəbər: bir neçə ay gec tərxis olunacaqlar – SƏBƏB  |     21:10 Toydan çıxarkən qonşusunu döydü - 2 il 3 ay azadlığı məhdudlaşdırıldı  |     21:02 Bu həftə ən şanslı olacaq BÜRCLƏR  |     20:57 Anasını yemək üstündə döydü - Məhkəmə qərar verdi  |     20:50 "Private Facility Management" və rəhbəri məhkəmə qarşısında - 3000 manatlıq cərimə  |     20:45 Bu qəzadan xəsarət almadan qurtuldular  |     20:39 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq  |     20:36 Bakıda 10 ildən çoxdur satılmayan malikanə: Qiyməti 3 milyon endirildi (FOTO)  |    
Mojo.az Avto
Mojo.az Avto

“Google” qadınları izləyən tətbiqi silməkdən imtina etdi

09.03.2019 19:40 2 573
“Google” qadınları izləyən tətbiqi silməkdən imtina etdi
"Google" Səudiyyə Ərəbistanında qadınların izlənməsini və onlara kişilər tərəfindən nəzarət etməyə imkan verən mübahisəli tətbiqi silməkdən imtina etdi.

Median.Az
insider.az-a istinadən bildirir ki, diqqət altında olan "Absher" tətbiqi kişilərə qadınların səyahət etməsinə icazə verib-verməməsini təmin edir, üstəlik, qadınların pasportdan istifadəsi zamanı kişilərə bu barədə sms-bildiriş göndərir.

Xatırladaq ki, "Apple" və "Google" ötən ay bu tətbiqlə bağlı tənqidlə üzləşib. ABŞ Konqresinin 14 üzvü "Apple"-ın baş direktoru Tim Kuka və "Google"-un baş direktoru Sundar Piçaiyə tətbiqin hostinqini durdurmaqları tələbi ilə məktub ünvanlamışdı. Onlar texnoloji giqantları "Səudiyyə Ərəbistanlı qadınlarının əsarətində əlbir" adlandıraraq, şirkətləri cinsi diskriminasiyaya, qadın haqlarının pozulmasına yol verməkdə ittiham ediblər.

Bu ittihamlardan sonra hər iki şirkət həm "Google Play", həm "Apple"-ın tətbiq mağazasından yüklənən tətbiqlə bağlı araşdırmalara başladı. Araşdırmanın nəticəsi olaraq, "Google" bildirib ki, tətbiqin kişilərə yaratdığı imkanlar "Google"-un xidmət şərtlərini pozmur. Krallığın Daxili İşlər Nazirliyinə məxsus və onun tətərfindən idarə olunan "Absher" tətbiqi əvvəlki kimi satışda olacaq.

Qeyd edək ki, "Google" tətbiqin "Google Play"-də qalmasına razılıq versə də, "Apple"-da araşdırma davam edir.скачать dle 11.3
Mojo.az Banner