Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

“Apple” və “Google” İsrail və Qəzzada xəritə məlumatlarını ləğv etdi

26.10.2023 15:53 1 008
“Apple” və “Google” İsrail və Qəzzada xəritə məlumatlarını ləğv etdi
"Apple” və "Google” müharibəni əsas gətirərək, İsrail və Qəzzada xəritələr tətbiqinin real vaxt məlumatı xüsusiyyətini söndürdüklərini açıqlayıblar.

ABŞ-nin nəhəng texnologiya şirkətləri İsraili dəstəkləməyə davam edir.

"Apple” və "Google” İsrail ordusunun tələbinə uyğun olaraq, İsrail və Qəzzada xəritələr tətbiqinin real vaxt məlumatı xüsusiyyətini söndürüb.

İsrail ordusunun Qəzzada gözlənilən quru əməliyyatından əvvəl "Apple” və "Google”dan belə bir tələb etdiyi bildirilir.

"Google” sözçüsü belə bir qərarı sırf təhlükəsizlik məqsədləri üçün qəbul etdiklərini bildirib:

"Daha əvvəl münaqişə vəziyyətlərində etdiyimiz kimi və regionda dəyişən vəziyyətə cavab olaraq, yerli icmaların təhlükəsizliyini nəzərə alaraq, canlı nəqliyyat şəraiti və sıxlıq məlumatlarına baxmaq imkanını müvəqqəti olaraq qeyri-aktiv etdik”.
//azxeber.com

Son xəbərlər