Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Gəncə sakini Qazaxda heroin satmaq istədi

08.03.2019 23:56 2 192
Gəncə sakini Qazaxda heroin satmaq istədi
Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1965-ci il təvəllüdlü Salman Lələyev saxlanılaraq polis şöbəsinə gətirilib və onun üzərinə baxış keçirilən zaman 14 qram çəkidə narkotik vasitə olan “heroin” aşkar olunaraq götürülüb.

İlkin dindirilmə zamanı S. Lələyev narkotik maddəni Qazax rayonuna satmaq üçün gətirdiyini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər