Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Prezident mənə 8 Mart hədiyyəsi etdi” - Saray nənə (VİDEO)

08.03.2019 12:47 3 183
“Prezident mənə 8 Mart hədiyyəsi etdi” - Saray nənə (VİDEO)
Prezident İlham Əliyevin martın 7-də Şamaxıya yenidən səfəri, fevralın 5-6-da baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar təbii fəlakətdən dərhal sonra rayona gələrək sakinlərlə görüşü, verdiyi konkret tapşırıqların icrası vəziyyəti ilə yerindəcə tanış olması geniş ictimaiyyət tərəfindən minnətdarlıqla qarşılanıb.

Hər kəs bunu dövlətimizin başçısının öz vətəndaşlarına diqqət və qayğısının parlaq nümunəsi kimi dəyərləndirir. Şamaxının Salman Mümtaz küçəsindəki 33 nömrəli evin 92 yaşlı sakini Saray nənə Prezident İlham Əliyevin martın 7-də rayona yenidən gəlişindən, onunla təzədən görüşündən, 8 mart ərəfəsində yeni ev hədiyyə etməsindən ürəkdolusu danışıb.

Median.Az AZƏRTAC-a istinadən bildirir ki, öz sevincini bölüşən Saray nənə deyib: "Prezidentin xanımı ilə birlikdə bizim təzə evə gəlməsi həyatımın ən xoşbəxt, sevincli anıdır. Onun tapşırığı ilə bu gözəl ev bir ayın içində tikildi. Mən bunu sevimli Prezidentimizin Qadınlar bayramı hədiyyəsi kimi qəbul etdim".

Saray nənə bir ay əvvəl baş verən zəlzələnin törətdiyi kədərli saatları xatırlayaraq bildirdi ki, təbii fəlakət onların da evini uçurmuşdu. Soyuq qış ayında ailələri çıxılmaz, çətin anlar keçirdiyi bir vaxtda, zəlzələdən dərhal sonra Prezident Şamaxıya gəlib, Saray nənə ilə də görüşüb, narahat olmamalarını, tezliklə lazımi tədbirlər görüləcəyini bildirib. Dövlətimizin başçısına minnətdarlığını çatdıran Saray nənə tez-tez təkrar edirdi: "Allah Prezidentimizi başımızın üstündən əskik etməsin. Allah ona uzun ömür, cansağlığı versin".

Son xəbərlər