Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

“Sovetski” sakinlərinə kompensasiya hansı əsaslarla verilir?

06.03.2019 13:26 2 033
“Sovetski” sakinlərinə kompensasiya hansı əsaslarla verilir?
Nazirlər Kabineti millət vəkillərinin qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan keçmiş "Sovetski" deyilən ərazidə və onun ətrafında yerləşən sökülən evlərin kompensasiyasının məbləğini manatın inflyasiyası nəzərə alınmaqla, heç olmasa, hər kvadratmetrə görə 2 min manata çatdırmaq, yaxud onların sahiblərinə pul əvəzinə yeni tikilən binalarda hazır mənzillər vermək təklifinə cavab verib.

Nazirlər Kabinetinin 2018-ci il fəaliyyəti haqqında hesabatda bildirilib ki, Bakı şəhərinin Yasamal rayonu - Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzəağa Əliyev küçələri arasındakı ərazidə 800 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün satın alınır.

"Müstəqil qiymətləndirmə ekspertlərinin rəyinə əsasən, əlavələr də nəzərə alınmaqla mənzilin əsas və köməkçi sahələrinin hər kvadratmetri üçün son hədd 1500 manat, digər sahələr üzrə isə bir kvadratmetr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq 300-1200 manat arasında qiymət təklif edilir. Satınalma "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna uyğun həyata keçirilir”, - hesabatda qeyd olunub.

///ONA

Son xəbərlər