Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

İcra başçısı "plan"a düşəcək evlərdən danışdı (ÜNVANLAR)

20.04.2018 13:01 3 300
İcra başçısı
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Yasamal rayonunda “Pilot” layihə əsasında qəzalı və yaşayış üçün yararsız, hətta, bəzi hallarda həyat üçün təhlükəli 9 binanın sökülüb yenidən tikilməsi işləri uğurla həyata keçirilir".

Bu sözləri Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Yasamal Rayon İcra Hakimiyyətinin 2018-ci ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci il 9 aprel tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağından söyləyib.

Hesabat məruzəsi ilə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həllini tapan, 2014-cü ilin əvvəlindən başlayaraq davam edən“Sovetski” adlanan ərazidən sakinlərin köçürülməsi kimi iri miqyaslı tarixi layihənin ilk iki mərhələsi artıq başa çatıb:

"26 hektardan çox ərazidə istifadə müddəti hələ xeyli əvvəl başa çatmış, heç bir tikinti normalarına cavab verməyən və demək olar ki, bütünlüklə yararsız və qəzalı mənzillərin sahibləri ilə razılaşma əldə edilərək vəsait ödənilmiş, 4300 daşınmaz əmlak sökülərək ərazi təmizlənib.


Bu il ərzində “Təzə Pir” məscidinin yuxarı hissəsində Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasındakı evlərin satınalınması və həmin ərazinin təmizlənməsi barədə müvafiq tapşırıqlar verilib. Yasamal rayon İcra Hakimiyyəti tərəfindən ilkin araşdırma aparılıb və nəticədə Nabat xanım Aşurbəyova - keçmiş Mustafa Sübhi, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasında 1130, Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı, Çingiz Mustafayev və Mirzağa Əliyev küçələrinin əhatəsində olan ərazidə 880, cəmi 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin mövcud olduğu müəyyən edilib. Beləliklə, 2018-ci ildə həyata keçiriləcək növbəti mərhələdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin satınalınması, onların sökülərək ərazinin təmizlənməsi təmin ediləcəkdir".

İcra başçısı bildirib ki, 2018-ci ilin birinci rübündə təmirə ehtiyacı olan 10 çoxmənzilli yaşayış binasında - Abbas Mirzə Şərifzadə küçəsi 34, 44, 74, 78, 132, 138, 140 və 192, Əbdürrəhimbəy Haqverdiyev küçəsi 3, Əhməd Cəmil küçəsi 39 nömrəli yaşayış binalarında əsaslı təmir işləri aparılıb.

"Cari ilin birinci rübündən başlayaraq rayon ərazisində 16 məhəllədə - Ələsgər Ələkbərov küçəsi 522-ci məhəllə, Həsən bəy Zərdabi 68, Şərifzadə 134, Şahbazi 104 A, Yeni Yasamal, Əsəd Əhmədov 31, Talıblı 28, Şərifzadə 148, 154 və 156, Əsəd Əhmədov 5, Məmməd Rahim 20, Hüseyn Cavid prospekti 577, 518 və 503/505-ci məhəllələr və Dadaş Bünyadzadə küçəsi 11 nömrəli evin qarşısında abad həyətlərin yaradılması istiqamətində iri həcmli və geniş miqyaslı işlər həyata keçirilir və yaxın zamanlarda sakinlərin istifadəsinə veriləcəkdir.

Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri və yol-nəqliyyat infrastruktur təminatının yaxşılaşdırılması tədbirləri çərçivəsində Yasamal rayonu ərazisində geniş abadlıq və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanıb.

Ilk növbədə cənub istiqamətinə çıxış kimi çox böyük strateji əhəmiyyəti olan Əsəd Əhmədov küçəsinin Xarici Dairəvi yoldan başlayaraq Şərifzadə küçəsinə qədər uzanan 3100 metr hissəsinin yenidən qurulmasına başlanıb".

Son xəbərlər