Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

“Victoria's Secret”in ABŞ-dakı butikləri bağlanır - Bir açıqlamaya görə

04.03.2019 20:17 2 525
“Victoria's Secret”in ABŞ-dakı butikləri bağlanır - Bir açıqlamaya görə
Dünyanın ən məşhur qadın alt paltarı brendi "Victoria's Secret"in ABŞ-dakı 53-ə yaxın butiki bağlanacaq.

Median.Az
Oxu.az-a istinadən bildirir ki, bu barədə brendin rəsmiləri ötən həftənin sonu "Bloomberg"ə açıqlama veriblər.

Mağazaların bağlanmasının əsas səbəblərindən biri ötən ilin noyabr ayında "Vorgue US" şirkətinin rəsmilərinin verdiyi müsahibə olub. Onlar vurğulayıblar ki, bundan sonra "Victoria's Secret"də böyük ölçülərə sahib olan qadınlar və transgenderlər işə götürülməyəcək.

Qeyd edək ki, ABŞ brendi "Victoria's Secret" 1977-ci ildə San-Fransiskoda (Kaliforniya) yaradılıb. Brendin tarixi çox maraqlıdır. Gənc ər Roy Reymond öz sevimli arvadına gözəl alt paltarı dəsti hədiyyə etmək istəyir. Lakin onun arvadına xoş sürpriz etmək cəhdi uğursuzluqla nəticələnir.

Səbəb satıcıların kişi müştərilərlə işləyə bilməməsi və Roy Reymonda alt paltarı seçimində kömək edə bilməmələri olur. Mağazadakı hadisə Roy Reymonda uzun müddət rahatlıq vermir və nəticədə, onda öz qadın alt paltarı mağazasını açmaq ideyası yaranır.

Bu, Stenford Universitetinin məzunu, MBA dərəcəsi olan istedadlı gəncin ideyası olur.

Maraqlıdır ki, Roy Reymond şirkətinə xanımının şərəfinə Viktoriya adını verməyib. Şirkət adını sirli ingilis kraliçası Viktoriyadan götürüb.

Hər il "Victoria's Secret"in qadın alt geyimlərinin nümayişi ən baxımlı şouya çevrilir və o, ekran qarşısına milyonlarla tamaşaçı toplayır. Eyni zamanda, dünyada populyar olan onlarla supermodel bu şouya qatılır. Qızlar dəfiləni kürəklərinə taxdıqları qanadlarla podiuma çıxaraq təqdim etdikləri üçün onları "Victoria's Secret"in "mələklər"i adlandırırlar.

"Victoria's Secret"də fəaliyyət göstərən "mələklər" arasında Bella və Cici Hadid bacıları, Kendal Cenner, Adriana Lima, Elza Hoks, Behati Prinslu, Kendis Sveynpol, Lili Oldric, Teylor Hill, Jozefin Skriver, Leys Ribeyro və digər dünya səviyyəli bir-birindən gözəl modellər var.

"Mələklər"in nümayişini müşayiət edən parlaq musiqilər də supermodellər kimi şounun ayrılmaz hissəsidir. Hər il dəfilə məşhur simaların, həmçinin, dünya ulduzlarının iştirakı ilə baş tutur.

"Victoria's Secret"in şouları artıq bir ənənə halı alıb.

Son xəbərlər