Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycana gələn ərəb turistlərin sayı açıqlandı

04.03.2019 12:56 1 942
Azərbaycana gələn ərəb turistlərin sayı açıqlandı
Azərbaycan Səudiyyə Ərəbistanı ilə birbaşa hava əlaqəsinin təşkilini təklif edib.

Azərbaycanın maliyyə naziri Samir Şərifov bunun səbəbini izah edərkən bildirib ki, Səudiyyə Ərəbistanından ölkəmizə turistlərin axını, əsasən, yay mövsümündə müşahidə edilir. Halbuki Azərbaycanın qış turizm imkanları da olduqca böyükdür.

“2017-ci ildə Səudiyyə Ərəbistanından 33,273 min turist Azərbaycana səfər edib, 2018-ci ildə isə onların sayı artıq 73 minə çatıb. Lakin turistlərin axını yalnız yay mövsümündə müşahidə edilir. Bu səbəbdən mütəmadi birbaşa hava əlaqəsinin təşkilini zəruri hesab edirik. Bu, nəinki turizm, həm də iki ölkə arasında biznes münasibətlərinin inkişafı üçün mühüm olacaq”, - deyə S.Şərifov vurğulayıb.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı arasında müştərək komissiyanın 5-ci iclası keçirilir.

Komissiyanın həmsədrləri maliyyə naziri Samir Şərifov və Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbəri İbrahim bin Əbdülrəhman əl-Ömərdir.

Komissiyanın gündəliyinə iki ölkə arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, həmçinin, ticarət dövriyyəsinin həcminin artırılması, yanacaq-energetika, kənd təsərrüfatı, qida təhlükəsizliyi, informasiya-kommunikasiya texnologiyaları, əmək və məşğulluq, səhiyyə, mədəniyyət, turizm, təhsil, gənclər və idman, islam məsələləri, təhlükəsizlik, hava əlaqəsinin genişləndirilməsi, meliorasiya və su təsərrüfatı, müqavilə-hüquq bazası və digər sahələrdə əməkdaşlığa dair məsələlər daxil edilib.

Müzakirələrin yekunu olaraq Protokolun imzalanması nəzərdə tutulur.

Son xəbərlər