Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda qatil qadına 16 il iş verildi - Ərini öldürmüşdü

28.02.2019 19:37 2 165
Bakıda qatil qadına 16 il iş verildi - Ərini öldürmüşdü
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən 1994-cü il təvəllüdlü Tünzalə Vəliyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
Report-a istinadən bildirir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə T.Vəliyeva 16 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladıq ki, dövlət ittihamçısı çıxışında onun 17 ilmüddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə 2017-ci ilin noyabr ayında Sabunçu qəsəbəsinin Əbdülkərim Əlizadə küçəsində baş verib. Həmin ünvanda yaşayan Vəliyev Nazim Fəxrəddin oğlu həyat yoldaşı T.Vəliyeva ilə ailə münaqişəsi zəminində mübahisə edib.

Bu zaman qadın onun baş nahiyəsinə balta ilə zərbə endirib. Nəticədə N.Vəliyev ölüb.

Hadisəni törədən qadın Sabunçu rayon Polis idarəsinin 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, hadisə baş verən zaman N.Vəliyev sərxoş olub. Son vaxtlar ailədə hər gün münaqişə olurmuş və N.Vəliyev evə içkili vəziyyətdə gələrək həyat yoldaşını döyürmüş. O, fəhləliklə məşğul olub.

Xatırladaq ki, ər və arvadın birgə nikahından iki övladı var.скачать dle 11.3
Mojo.az Banner