Mojo.az Banner
21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |     21:05 “WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq  |     21:00 25 il sonra yenidən “Mumiya”da - FOTO  |     20:52 Bu çörək xərçəngi inkişaf etdirə bilər  |     20:47 Məşhur aktrisa 103 yaşında vəfat etdi  |     20:40 170 min dollar xaricə köçürüldü - şirkət 30 min dollardan çox cərimələndi  |     20:34 Taksi fəaliyyəti üçün narkoloji müayinə sənədini saxtalaşdırdı - 3000 manat cərimələndi  |     20:29 Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr (SİYAHI)  |     20:21 Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi  |     20:16 Xalq artisti əməliyyat edildi  |     20:08 Avtomobil gətirmək adı ilə 385 minlik dələduzluq etdi  |     20:02 Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə  |     19:54 Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olundu - Direktor işdən çıxarıldı  |     19:49 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib  |     19:42 Lombarddan 22 min manatlıq oğurluq edildi  |     19:37 "Bəzi məhsulların qiymətlərinin artması hər birimizi düşündürür" - Komitə sədri  |    
Mojo.az Avto
Mojo.az Avto

Sabunçuda ərini küt alətlə öldürən qadına prokuror 17 il cəza istəyib

21.02.2019 18:58 5 269
Sabunçuda ərini küt alətlə öldürən qadına prokuror 17 il cəza istəyib
Bakı Ağır Cinayətlər Məhkəməsində Gədəbəy rayon sakini Tünzalə Vəliyevanın (1994-cü il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə proses keçirilib.

Median.Az
xəbər verir ki, 2017-ci il noyabrın 7-də Sabunçu qəsəbəsi, Ə.Əlizadə, 45 ünvanında Tünzalə Vəliyeva aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı Nazim Vəliyevin (1989-cu il təv.) başına meyvə qabını vurub. Sonuncu yerə yıxılandan sonra qadın qaz balonu ilə daha bir neçə dəfə ərinin başına zərbə endirərək, onu öldürüb. Hadisəni törədən T. Vəliyeva 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

İstintaqın gedişatında məlum olub ki, Nazimlə Tünzalə 4 il əvvəl ailə həyatı qurub. Onlar Sabunçu qəsəbəsində yaşayıblar və iki övladları dünyaya gəlib. Lakin cütlük arasında münasibətlər zaman keçdikcə daha da pisləşib. Nazim tez-tez sərxoş vəziyyətdə evə gəlib və yoldaşını döyüb.
Bununla əlaqədar Tünzalə həyat yoldaşı barəsində polisə şikayət də edib. Noyabrın 7-də ər-arvad arasında növbəti dəfə eyni səpkili münaqişə yaranıb və Nazim Tünzaləni vəhşicəsinə döyüb. Bu zaman qadın masanın üzərindəki iri meyvə qabı ilə onun başına zərbə endirib. Ağır xəsarət alan Nazim yerə yıxılıb. Ərinin qalxıb onu öldürəcəyindən qorxan Tünzalə tez məişətdə istifadə edilən kiçik qaz balonunu gətirib və onun başına bir neçə dəfə vurub. Qeyd edək ki, hadisə vaxtı Vəliyevanın bir qolu sınıq olub. Belə ki, təxminən 1 həftə əvvəl əri onu stulla döyüb və nəticədə qadının qolu sınıb.

Bu gün keçirilən məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsə 17 il cəza təyin olunmasını xahiş edib.

Növbəti proses sentyabrın 28-ə təyin edilib.скачать dle 11.3
Mojo.az Banner