Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda keçiriləcək Qran Pridə Azərbaycanı 24 idmançı təmsil edəcək

27.02.2019 20:11 2 356
Bakıda keçiriləcək Qran Pridə Azərbaycanı 24 idmançı təmsil edəcək
Məlum olduğu kimi, 13-14 may tarixlərində Bakıda paracüdo üzrə beynəlxalq Qran Pri keçiriləcək.

Median.Az xəbər verir ki, bununla bağlı Milli Paralimpiya Komitəsinin (MPK) yeni ofisində mətbuat konfransı keçirilib. MPK prezidenti İlqar Rəhimov bu turniri Tokioda keçiriləcək Paralimpiya Oyunlarına təsnifat xarakterli olduğuna görə, vacib yarış adlandırıb:

“Biz artıq medalları sifariş etmişik. Lakin onun üzərində yarışın loqosunun əks olunmasını istəyirik. İndiyədək 29 ölkə bu yarışda iştirak etmək üçün müraciət edib. Ümumilikdə 228 idmançının iştirakı ilə bağlı ərizələr daxil olub. Martın 20-si müraciət üçün son tarixdir. Həmin günədək ölkələrin sayının 40-a, idmançıların sayının isə 350-yə qalxacağı gözlənilir.

Yarışlarda kişilərdə yeddi çəki dərəcəsində 13, qadınlarda altı çəkidə 11 qadın idmançımız təmsil edəcək. Yarış iştirakçıları artıq müəyyənləşdirilmiş iki hoteldə qalacaq. Bunlar “Baku Royal Garden” və “Days” otelləridir. Komitəmiz möhtəşəm fləş-mob hazırlayır. Bunun keçirilməsində Əsa Teatrının yardımından da faydalanacağıq. Yarışın keçirilməsi xərclərini komitəmiz öz üzərinə götürüb. Amma Cüdo Federasiyası da bizə dəstək olacaq. Bundan başqa, yaxınlarda yeni sponsorluq müqavilələri bağlamağı planlaşdırırıq. Yarışları Heydər Əlıyev adına İdman-Konsert Kompleksindən izləmək pulsuz olacaq”.

Beynəlxalq Görmə Qabiliyyətli İdmançılar Assosiasiyasının (IBSA) cüdo üzrə idman direktoru Yanoş Tardoş isə yarışların keçiriləcəyi məkanı təftiş etdiyini bildirib. O bunun üçün Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzini və təsnifatın keçiriləcəyi yeri təftiş edib. O burdakı avadanlıqları bəyəndiyini və yarışın keçirilməsi şərtlərinə uyğun gəldiyini bildirib.скачать dle 11.3
Mojo.az Banner