Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda paracüdo üzrə Qran-pri keçiriləcək

13.08.2020 21:26 1 311
Bakıda paracüdo üzrə Qran-pri keçiriləcək
2020-ci ilin noyabrında Bakıda paracüdo üzrə Qran-pri təşkil olunacaq.

Bu barədə "Report"a Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov məlumat verib.

O bildirib ki, mayda təxirə salınan turniri Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası Bakıya həvalə edib: "Turnir noyabrın 13-də başlayacaq və 20-dək davam edəcək. Hazırda idman şöbəmiz bu istiqamətdə digər ölkələrlə danışıq aparır. Yarış baş tutsa, hamının Bakıya COVID-19 arayışı ilə gəlməsini tələb edəcəyik. Həmin sənədləri Azərbaycana uçuşdan 48 saat əvvəl əldə etməlidirlər".

İ.Rəhimovun sözlərinə görə, Qran-pridə 200-dən çox idmançının iştirakı gözlənilir: "Bu günədək artıq 20 ölkə həmin yarışda iştirakla bağlı öz sifarişini verib. Minimum 200-250 iştirakçı olacaq. Düzdür, bu, reytinq yarışı deyil. Qran-prinin əsas xüsusiyyəti ondan ibarətdir ki, yarışdan öncə göz təsnifatı keçiriləcək. Bakıya göz xəstəlikləri üzrə 4 və ya 6 ekspert gələcək. Zərifə Əliyeva adına göz klinikasında bütün idmançıların göz təsnifatından keçirilməsi üçün şərait yaradacağıq. Həmin mütəxəssislər idmançıların yarışa uyğun gəlib-gəlmədiyini yoxlayacaqlar. Yarışdan sonra isə bir neçə günlük beynəlxalq təlim-məşq toplanışı nəzərdə tutulub. Beləliklə, tədbir 7-8 gün davam edəcək".

Qurum rəhbəri komitənin təşkilati məsələlər baxımından yarışa tam hazır olduğunu vurğulayıb: "Əcnəbi idmançılar bugünkü qaydalara əsasən, xüsusi arayışla gəlirlərsə, yarışda iştirak edə biləcəklər. Bu qayda o vaxtadək qüvvədə qalsa, biz təşkilatçı ölkə olaraq həmin iştirakçıları ölkələrinə uçuşdan 48 saat əvvəl testdən keçirməliyik. Onlar aeroporta daxil olanda həmin sənədləri göstərməlidirlər ki, Bakıda da analiz verib öz ölkələrinə qayıdırlar. Bu xərclər bizə aid olacaq. Xərcə düşməyə razıyıq. Əsas odur ki, yarış olsun. İdmançıların hamısı yarışlar üçün darıxıblar".

Son xəbərlər