Mojo.az — elanlar
RU
Son Xəbərlər
22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |     20:18 Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal  |    
Mojo.az Avto
Mojo.az Avto

Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətləri artırılıb

27.02.2019 19:56 1 993
Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətləri artırılıb
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında" 1997-ci il 24 iyun tarixli 609 nömrəli, "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2006-cı il 2 avqust tarixli 441 nömrəli, "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə" 2007-ci il 6 fevral tarixli 526 nömrəli, "Pambıqçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2010-cu il 14 iyul tarixli 293 nömrəli, "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə" 2012-ci il 17 iyul tarixli 690 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, fərmanla "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 2 nömrəli əlavəsinə edilən dəyişikliklərə əsasən bitkilərin mühafizəsində istifadə edilən kimyəvi vasitələrin idxalı üçün Kənd Təsərrüfatı Nazirliyinin deyil, Qida Təhlükəsizliyi Agentliyinin rəyi tələb olunacaq.

Bundan başqa, "Fitosanitar nəzarəti haqqında" qanunun 13.8-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Qida Təhlükəsizliyi Agentliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə razılaşdırmaqla həyata keçirəcək.

Həmçinin "Pambıqçılıq haqqında" Azərbaycan Respublikası Qanununa aşağıdakı məzmunda 2.4-1-ci bənd əlavə edilir:

"2.4-1. həmin Qanunun 5.0.6-cı maddəsində nəzərdə tutulmuş vəzifələri pambıq əkinlərində aqrotexniki və pambıq emalında texnoloji normaları müəyyən edilməsi üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, pambıq bitkisinin əkilib-becərilməsi zamanı istifadə olunan bitki mühafizə vasitələrinin tətbiqinə nəzarəti isə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir.".

Prezident İlham Əliyev digər fərmanı ilə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı"nda edilən dəyişikliyə əsasən, fitosanitar və baytarlıq tələblərinə və qaydalarına uyğunluq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanıla bilər.

Son xəbərlər