Mojo.az Banner
19:26 Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti AÇIQLANDI  |     19:16 Abşeronda 6 avtomobil və iki marketi talayan şəxs saxlanılıb  |     19:01 Günəşdə ay ərzində ən güclü partlayış baş verib  |     18:54 Abşeron polisi silsilə oğurluqlar törədən 32 yaşlı kişini saxlayıb  |     18:46 İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI  |     18:34 Bakıda güclü yanğın başlayıb  |     18:29 Heyvanmənşəli qidalara dair yeni qaydalar təsdiqləndi  |     18:24 Bakıda oteldə iş yoldaşını öldürən şəxsə 11 il 6 ay həbs cəzası verilib  |     18:21 Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə DRONLA HÜCUM EDİLDİ - VİDEO  |     17:55 Banqladeşin yeni prezidenti bəlli oldu  |     17:46 İnsanlarda qorxu hissi necə yaranır?  |     17:37 Dünyanın ən bahalı futbol klublarının yeni reytinqi açıqlandı  |     17:32 Azərbaycanda müəllim VƏFAT ETDİ  |     17:26 Azərbaycanda çimərliklər abadlaşacaq, dağ turizmi inkişaf edəcək  |     17:24 Yayda ayaq şişkinliyinə diqqət: Ürək xəstəliyinin əlaməti ola bilər  |     17:17 "İranın bank hesablarının məhdudlaşdırılması gözlənilir" - İqtisadçı  |     16:52 "Neftçi"nin məğlub olacağını deyən dostunu küçədə döydü  |     16:49 Azərbaycanda viza ilə bağlı yenilik olacaq  |     16:44 V qrupda qabiliyyət imtahanı tələb olunmayan ixtisaslar üzrə qəbul planı açıqlandı  |     16:42 AFFA-dan özünə xəsarət yetirən futbolçuya ağır cəza  |    
Left Banner
Right Banner

Fövqəladə vəziyyət və səfərbərlik haqqında qanunlara dəyişiklik edildi

15.01.2025 17:25 1 005
Fövqəladə vəziyyət və səfərbərlik haqqında qanunlara dəyişiklik edildi
Prezident İlham Əliyev "Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında" və "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 92-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Median.Az
President.az-a istinadən xəbər verir ki, fərmanla Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 606 (Cild I); 2024, № 4, maddə 393, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nın 2.2.12-ci yarımbəndinə "yerləşdirilməsini" sözündən sonra "və saxlanılmasını" sözləri əlavə edilir və həmin yarımbənddən "və səfərbərlik ehtiyatlarını saxlayan" sözləri çıxarılır.

Həmçinin, "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 275 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 707 (Cild I) 2.2-ci bəndində "5.2.18-5.2.20-ci" sözləri "5.2.19-cu və 5.2.20-ci" sözləri ilə əvəz edilir.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1490 (Cild I); 2024, № 5 (I kitab), maddə 515) ilə təsdiq edilmiş "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası"nın 1.6-cı bəndi ləğv edilir.

"Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2004-cü il 19 iyul tarixli 90 nömrəli, "Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" 2005-ci il 19 yanvar tarixli 175 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 11 aprel tarixli 2096 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 4, maddə 481 (Cild I) 2.1.3-cü yarımbəndindən "və dövlət ehtiyatlarının yaradılması, istifadə edilməsi və bərpası qaydasını" sözləri çıxarılır.

"Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında" və "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 92-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etmək Nazirlər Kabinetinə tapşırılıb.

"Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında" və "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə bu linkdən tanış olmaq mümkündür.скачать dle 11.3
Mojo.az Banner