Mojo.az Banner
17:42 Milli Kibertəhlükəsizlik Agentliyində yeni - Təyinatlar  |     17:36 Qətər və İran arasında Hörmüz boğazı ilə bağlı müzakirələr  |     17:17 Bakıda 42 yaşlı qadın həyətdə qəfil öldü  |     17:16 İcazəsiz Qarabağa keçmək istədi, həbs edildi  |     17:05 Sabah Ay tutulacaq  |     16:55 Paşinyan: "Ermənistan Azərbaycandan elektrik enerjisi idxal edə bilər"  |     16:39 Moskvada Azərbaycan səfirliyinin qonaq evinin qarşısındakı təxribatın GÖRÜNTÜLƏRİ (Video)  |     16:28 30 abituriyent 600-dən çox bal topladı - Qəbul ola bilmədi  |     16:26 Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU  |     16:17 Sabirabadın 10 kəndində qaz kəsiləcək  |     16:09 Azərbaycanda "Balıqçılıq haqqında" qanun qüvvəyə mindi  |     15:59 Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı TƏXRİBATI PİSLƏDİ  |     15:49 Prezident İlham Əliyevdən "Sabah" futbol klubu ilə bağlı SƏRƏNCAM  |     15:38 Hava Limanında sərnişində narkotik vasitə aşkarlanıb - FOTO  |     15:36 "Üzündə cızıq, dişlərinin düşdüyünü gördüm" - Müştərini döyən MTK sahiblərinin İŞİ  |     15:31 Bakıda EŞQ DRAMI: ayrılmaq istəyən sevgilisini öldürdü - YENİLƏNİB  |     15:25 Paşinyan: "Koçaryan və Sarqsyan yalnız pensiyanı gözləməlidirlər"  |     15:13 Azərbaycanda 57 ticarət obyektində aksizli mallarla bağlı pozuntular aşkarlanıb  |     14:52 Bitkoinin qiyməti 2029-cu ilin sonunadək 300 min dollara çata bilər  |     13:48 Valideynlər üçün “WhatsApp”da yeni imkan yaradıldı  |    
Left Banner
Right Banner

“Erməni rəsmiləri ucuz bəyanatlarla Azərbaycanı qorxuda bilməz” - XİN

26.02.2019 23:25 1 992
“Erməni rəsmiləri ucuz bəyanatlarla Azərbaycanı qorxuda bilməz” - XİN
Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan müdafiə nazirinin bu ölkənin ictimai televiziyasına verdiyi müsahibəsi ilə bağlı bəyanat yayıb.

Median.Az
xəbər verir ki, bəyanatda deyilir:

"Ermənistan rəsmilərinin bu kimi ucuz təbliğat xarakterli bəyanatları ilə Azərbaycanı qorxutmaq mümkün deyil. Ermənistan nazirinin fikri 1990-cı illərin əvvəllərində başı daxili çəkişmələrə qarışan və bu fürsətdən istifadə edərək torpaqlarını zəbt etdikləri Azərbaycan müstəqilliyinin ilk illərinə getməsin. Bu gün Azərbaycan ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında kifayət qədər güclü, peşəkar və işğal olunmuş torpaqarı azad etmək əzmində və iqtidarında olan vətənpərvər Silahlı Qüvvələrə sahibdir. Azərbaycanın güclü iqtisadiyyatı, uğurlu daxili və xarici siyasəti onu bölgədə danılmaz liderə çevirmişdir.

Ermənistan müdafiə nazirinin ölkəsinin 27 il öncə işğal etdiyi Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərin soyqırımının ildönümü günü Ermənistanın hücum silahları alması ilə əlaqədar bəyanatla çıxış etməsi Ermənistanın açıq təcavüzkar siyasətinin bariz göstəricisidir.

Xatırlatmaq istərdik ki, 2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə edildiyi halda, məhz Ermənistan tərəfinin hücum xarakterli yeni hərbi doktrina qəbul etməsi və aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerlərini ağır silahlardan atəşə tutması, məlum aprel hadisələrinin baş verməsinə gətirmişdir.

Erməni müdafiə nazirinin bu bəyanatı kimin sülh istədiyini, kimin isə işğalçılıq siyasəti yürüdərək hücum xarakterli silahlar əldə etdiyini beynəlxalq ictimaiyyətə aydın şəkildə nümayiş etdirir".скачать dle 11.3
Mojo.az Banner