Mojo.az Banner
20:41 Azərbaycanın Niderland Krallığındakı yeni səfiri kimdir? - DOSYE  |     20:29 Payız Azərbaycana bu tarixdə daxil olacaq  |     20:25 Şənbə günü 35 dərəcə isti olacaq  |     20:11 Uşaqlar arasında yayılan virusa qarşı nə edilməlidir? - VİDEO  |     19:58 Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər  |     19:44 Azərbaycanda xəsatəxanalarla bağlı əhaliyə SEVİNDİRİCİ XƏBƏR  |     19:34 Məleykə Abbaszadə ali məktəblərə qəbulun yekun nəticələrini AÇIQLADI  |     19:31 Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi dövlət nəzarətinə götürülüb  |     19:17 Ermənistanda müxalifət lideri ilə bağlı məhkəmədən QƏRAR  |     19:09 Bu ölkə də İrəvanı ixrac qadağası ilə sınamağa başladı  |     18:57 Mərmərə dənizində 10 ekipaj üzvü ilə batan gəminin yeri müəyyənləşdirilib  |     18:39 BMT-də dünya xəritəsinin dəyişdirilməsi məsələsi səsverməyə çıxarılacaq  |     18:08 Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?  |     18:02 Bakıda yeni metro stansiyasının adı açıqlandı  |     17:50 Casusluq formasında dövlətə xəyanət edən dörd nəfər barəsində YENİ QƏRAR  |     17:34 Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti  |     17:29 XƏBƏRDARLIQ - Bu tarixdən leysan yağacaq, şimşək çaxacaq...  |     17:23 Məşhur aktyora 12 ilədək həbs tələb edildi  |     17:14 Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır  |     17:05 ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatdı  |    
Left Banner
Right Banner

Qızılca virusu sürətlə yayılır

23.02.2019 20:59 2 585
Qızılca virusu sürətlə yayılır
Bir zamanlar qızılca kimi yoluxucu xəstəliklərin inkişaf etmiş ölkələrdə nəzarət altındda saxlanmasına baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı qızılca epidemiyasının qlobal şəkildə yayıla biləcəyi barədə xəbərdarlıq edir. Xəstəlik halları əsasən zəngin ölkələrdə olmaqla, bütün dünya boyu yayılmaqda davam edir.

Çoxları qızılcanın adi virus olduğunu düşünür. Lakin bu, ətrafa meşə yanğını kimi sürətlə yayılan virus öldürücü ola bilər. Bu virus eləcə də korluğa, karlığa və beyində zədələnməyə səbəb ola bilər. Clivlend Uşaqü Xəstəxanasında doktor Kamill Sabella: "Qızılca inanılmaz dərəcədə keçicidir. Əgər bir nəfər xəstələnirsə, havada olduğu üçün onun qarşısını almaq çox çətin olur."

Median.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, bu xəstəlik öskürək və ya asqırıqla yayılır. Bu virus havada və ya hansısa səthdə iki saat yaşaya bilir. Doktor Nensi Messoner: "Qızılca olan bir şəxs bu virusa qarşı peyvənd almamış on nəfərlə bir otaqda olarsa, onlardan doqquzu mütləq qızılca tutacaq."

Və xəstəliyin kimin tərəfindən yayıldığı çox vaxt məlum olmur. "Kimsə hələ özü səpməmişdən dörd gün əvvəl kimisə bu xəstəliyə yoluxdura bilər" - deyə, doktor Nensi Messoner bildiri.

Uşaqların Milli Tibb Mərkəzindən doktor Roberta De Biasi: "Qızılcaya tutulmuş körpədə xəstəliyiin ilkin çağlarında burun axması və öskürmə halları ola bilər. Bədəndə səpki isə dörd gündən sonra əmələ gələ bilər."

Qızılca körpələr və uşaqlar üçün daha təhlükəlidir. Doktor Kamill Sabella: "Qızlıcaya qarşı peyvənd olmadan uşaqları qızılcadan qorumaq çox çətindir."

Səpki yüksək atəşlə müşayiət olunur. Ən yaxşı qorunma üsulu peyvənddir. Ümumdünya Səhiyyə Təşkilatından Katerin O`Brayen: "Bizdə qızılcaya qarşı misli görünməyən peyvənd var. Bu peyvənd 50 ildən çoxdur yüz milyonlarla uşağa vurulub və onlar artıq böyümüş, sağlam insanlardır. Onların yaşamasına səbəb peyvənd edilmələridir."

Dünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, 2017-ci illə müqayisədə 2018-ci ildə qızılcaya tutulanların sayı xeyli çoxdur. Bu, seçimdən asılıdır. İnkişaf etmiş ölkələrdə bəzən valideynlər uşaqlarına peyvənd vurdurmaq istəmir. Yoxsul ölkələrdə isə valideynlərin bunu etməyə imkanları olmur.скачать dle 11.3
Mojo.az Banner