Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:02 Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü | 14:48 Bakıda bu küçəni su basıb – Sakinlər evlərinə gedə bilmirlər | 14:33 Ərdoğan Azərbaycan xalqını təbrik etdi | 14:20 İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi | 14:13 Prezident Draqan Vladisavljeviçi "Dostluq" ordeni ilə təltif etdi | 14:02 Mingəçevirdə gənc bıçaqlanıb | 13:44 İqtisadi artım əhalinin rifahında nə dərəcədə hiss olunacaq? – Professor 2027-ci ilin proqnozlarını şərh etdi | 13:28 Bakıda ağac maşının üzərinə aşdı | 13:27 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib | 13:27 Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın öldü | 13:08 Sabah bəzi yollar buz bağlaya bilər | 13:03 Kirayə avtomobillərlə səfər edənlərə DYP-dən xəbərdarlıq | 13:02 İlham Əliyev Norodom Sihamonini təbrik edib | 12:35 Antalyada COP31 başlayıb | 12:10 Azərbaycan Türkiyədən nə qədər mal alıb? - Rəqəmlər | 12:08 Rusiyada kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı | 11:59 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video | 11:42 Ağdaşda 17 yaşlı yeniyetmə 36 yaşlı kişini bıçaqlayıb | 11:41 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı | 11:19 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb |
Mojo.az Avto
Mojo.az Avto

Qızılcanın əsas kliniki əlamətləri - Açıqlandı

19.01.2024 23:19 1 938
Qızılcanın əsas kliniki əlamətləri - Açıqlandı
“Qızılca virusu bütün bədəndə əsasən səpkilərlə müşahidə olunan, respirator simptomlarla keçən yoluxucu infeksion xəstəlikdir. Yüksək hərarət və halsızlıqla özünü göstərən qızılca, infeksiyaya yoluxan xəstələrin öskürməsi, asqırması və danışması əsnasında hava-damcı yolu ilə yayılır”.

Median.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Günel Əliyeva bildirib.

G.Əliyeva qeyd edib ki, qızılca əlamətləri virusa yoluxduqdan sonra 8-12 gün arası meydana çıxır:

“Xəstəlik ictimai yerlərdə, hətta yoluxmuş insanla təmasda olmadığı təqdirdə də ötürülə bilər. Bu virus xüsusilə qış və yaz aylarında müşahidə olunur. Yoluxma bütün yaşlarda baş verə bilər. Bununla belə, 1-8 yaş ən həssas qrup hesab edilir”.

Həkim qızılcanın əsas kliniki əlamətlərini də açıqlayıb:

“Burun axıntısı, yüksək hərarət, halsızlıq, konyuktivit, quru öskürək, boğaz ağrısı, ağız içində kiçik ölçüdə ağ ləkələr (“Belski-Filatov-Koplik ləkələri") və bütün bədəndə səpkilər şəklində özünü göstərir.

Xəstəliyin orta inkubasion dövrü 10-14 gündür. Bununla belə, 7-23 gün arası dəyişə bilər. Xəstə ilə təmasdan qızdırmanın başladığı günə qədər olan dövrü əhatə edir. 2-4 günlük prodromal dövr (xəstəliyin inkubasiya dövrü ilə xəstəlik arasında baş verən dövrü) qızdırma, səpkilər, kataral əlamətlər, öskürək, konyuktivit əlamətləri, “Belski-Filatov-Koplik ləkələri" ilə təzahür edir.

Prodromal əlamətlərin başlanmasından 2-4 gün sonra mərhələli eritematoz makulopapulyar səpkilər əmələ gəlməyə başlayır. Səpkilər əvvəlcə üz nahiyyəsində əmələ gəlir, daha sonra isə mərhələli şəkildə gövdədə aşağı ətraflara yayılır. 4-7 gün müddətində davam edən səpkilər itdikdən sonra müvafiq nahiyyələrdə qabıqlanma müşahidə edilir”.

“Kiçik yaşlı uşaqlar arasında qızılca ilə yoluxma daha çox peyvənd olunmayanlarda müşahidə olunur. Bu zaman onlarda pnevmoniya, otit, ensefalit, larinqotraxeobranxit, ishal və stomatit kimi ağırlaşmalar müşahidə oluna bilər. Əgər uşaqlarda qızılcanın ağır halları, xüsusən də ensefalit, meningit, sətəlcəm kimi ağırlaşmalar inkişaf edirsə, o zaman bu uşaqları xəstəxanaya yerləşdirmək lazımdır.

Qızılcanın xüsusi müalicəsi yoxdur, sadəcə immuniteti gücləndirən müalicə aparılır. Əgər sağlam insan qızılca xəstəsi ilə təmasda olubsa, o zaman ona 72 saat ərzində peyvənd vurulması tövsiyə olunur.

Bu xəstəlikdən qorunmağın ən effektiv yolu peyvəndlənmədi. Qeyd edim ki, Azərbaycanda tətbiq olunan və Səhiyyə Nazirliyi tərəfindən ölkəmizə gətirilən 3 komponentli “QPM” vaksini qızılca ilə yanaşı, parotit və məxmərək kimi virus mənşəli xəstəliklərə qarşı olan bir peyvənddir”, - nazirlik rəsmisi əlavə edib.//qafqazinfo.az

Son xəbərlər