Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda əhali siyahıya alınacaq

22.02.2019 12:38 3 361
Azərbaycanda əhali siyahıya alınacaq
Bu il oktyabrın 1-dən 10-dək Azərbaycanda əhalinin kütləvi siyahıya alınması keçiriləcək. Bunun üçün bütün hazırlıq işləri tam yekunlaşıb.

Bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, siyahıyaalma prosesinə hazırlıq işlərinə hələ 2017-ci ilin yanvarından başlanılıb. Ötən iki ildə siyahıyaalmanın metodoloji bazasının yaradılması başa çatdırılıb. Siyahıyaalmanı tənzimləyəcək 50-yə yaxın normativ hüquqi sənəd hazırlanıb.

Keçən ilin oktyabrın 1-dən 10-na qədər Qəbələdə sınaq siyahıyaalınması keçirilib.

“Məqsəd bu idi ki, hazırlanan metodoloji bazanın əyani şəkildə tətbiqini qiymətləndirək və eyni zamanda, proqram təminatını sınaqdan keçirək. Artıq siyahıyaalınma üçün tam hazırıq. Hər bir rayon üzrə xüsusi nümayəndə seçilib və onlar üçün seminarlar keçirilir. 34 mindən artıq insan bu təlimlərə çəlb ediləcək ki, siyahıyaalınma uğurla həyata keçirilsin”, - T.Budaqov deyib.

Siyahıyaalınmanın nəticələri isə 2022-ci ilin birinci rübünün sonunda açıqlanacaq.

“Bilirsiniz ki, bundan sonra 10 milyondan artıq sorğu siyahıları emal ediləcək, bu isə uzun bir prosesdir və bütün bu mərhələlər Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Tədbirlər Planında öz əksini tapıb”, - deyə T.Budaqov bildirib.

Qeyd edək ki, fevralın 18-də Dövlət Statistika Komitəsi Azərbaycan əhalisinin sayını açıqlayıb.

Məlumatlara görə, ötən il ölkə əhalisinin sayı 83 min 372 nəfər və ya 0,8 faiz artaraq, 2019-cu il yanvar ayının 1-i vəziyyətinə 9 milyon 981 min 457 nəfərə çatıb.
//oxu.az

Son xəbərlər