Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda qadın müəllimlər dava etdi - Cinayət işi açıldı

21.02.2019 21:40 2 155
Bakıda qadın müəllimlər dava etdi - Cinayət işi açıldı
Bakıda orta məktəbin qadın müəllimləri dava edib, fakt üzrə cinayət işi başlanılıb.

Median.Az
-ın report-a istinadən verdiyi məlumatına görə, paytaxtın Nizami rayonunda yerləşən Etibar Cəlilov adına 272 nömrəli tam orta məktəbin müəllimləri - D.İsayeva ilə Q.Süleymanova arasında əvvəl mübahisə düşüb. Mübahisə zamanı D.İsayeva həmkarına zor tətbiq edib.

Q.Süleymanovanın şikayəti əsasında D.İsayevanın barəsində Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə) maddəsi ilə cinayət işi başlanılıb. D.İsayevanın barəsində həbs qətimkan tədbiri seçilməyib.

Cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclası martın 6-na təyin edilib. Cinayət işi hakim Nəriman Mehdiyevin icraatına verilib.

272 nömrəli tam orta məktəbin direktoru Nizami Qasımzadə bildirib ki, hadisə məktəbdən kənarda olub:
“Onların öz şəxsi problemləri var idi. Hazırda hər iki müəllim məktəbdə çalışır”.

Qeyd edək ki, müəllimlərdən biri riyaziyyat, digəri isə ibtidai sinif müəllimi işləyir.

Son xəbərlər