Prokurorluqdan metrodakı “maska insidenti” ilə bağlı məhkəmə barədə AÇIQLAMA - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:50 Hikmət Hacıyev: Azərbaycan İordaniya ilə iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır  |     16:44 Sumqayıt şəhərində 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb  |     16:21 Xalq artisti Tünzalə Ağayeva beynəlxalq münsiflər heyətinin üzvü seçildi  |     15:58 Azərbaycan XİN Hindistana başsağlığı verdi  |     15:47 Tanınmış aparıcı valideynlərdən şikayətləndi  |     14:40 FHN çimərliklərdə monitorinqlər keçirib  |     14:32 Azərbaycan yay turizminə hazırdırmı?- ARAŞDIRMA  |     14:25 Azərbaycanda şəhərsalma və tikinti prosedurları sadələşdirilir  |     14:21 Azərbaycanda 5 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb  |     14:16 Azərbaycanda lisenziyasız ödəniş xidmətləri göstərilməsi faktı aşkar olunub  |     14:10 Hindistanda 250 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb  |     14:01 Ötən gün bank kartlarından 6 mindən çox pul vəsaiti oğurlanıb  |     13:56 Bu ilin 5 ayında 21 mindən çox şəxsə pensiya təyin olunub  |     13:50 Vyanada Azərbaycan-Avstriya iqtisadi komissiyasının 11-ci iclası keçirilib  |     13:43 Ötən ay xaricdə təhsil almış 52 nəfərin diplomu tanınmayıb  |     13:38 Goranboyda kişi zəhərlənərək ölüb  |     13:30 “Solar Orbiter” zondu ilk dəfə Günəşin cənub qütbünün təsvirini əldə edib  |     13:24 Türkiyədə 39 nəfər qidadan zəhərlənib  |     13:16 "Arsenal"ın baş məşqçisi Rodriqonu istəyir  |     12:56 Xırdalanda fərdi yaşayış evi yanır - VİDEO  |    

Prokurorluqdan metrodakı “maska insidenti” ilə bağlı məhkəmə barədə AÇIQLAMA - YENİLƏNİB

31 may 2020-ci il tarixdə “Bakı Metropoliteni”nin “Qara Qarayev” stansiyasında xidməti vəzifələrini icra edən “Bakı Metropoliteni”nin Polis Şöbəsinin əməkdaşlarına bir qrup şəxs tərəfindən müqavimət göstərilərək zor tətbiq olunması faktı üzrə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması), 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə), 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanaraq Nizami rayon prokurorluğunda istintaq aparılıb.

Bununla bağlı Nazmi Rayon Prokurorluğu məlumat yayıb.

İstintaqla qeyd edilən tarixdə Taleh Baxşiyev, Şirzad Şirzadov, Ramin Baxışov, Allahverdi İmamquliyev və Sarvan Kərimovun bir qrup şəxs halında “Bakı Metropoliteni”nin “Qara Qarayev” stansiyasında COVID-19 pandemiyası ilə əlaqədar epidemiya əleyhinə rejimin tələblərini pozaraq, xəstəliklərin yayılması üçün real təhlükə yaratmaqla, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməklə həmin vaxt orada ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan polis əməkdaşları Vüqar Məlikov və Samir Nəsirovun qanuni tələblərinə tabe olmamaqla onlara qarşı müqavimət göstərib xəsarətlər yetirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Taleh Baxşiyev, Şirzad Şirzadov, Ramin Baxışov, Allahverdi İmamquliyev və Sarvan Kərimov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, məhkəmənin müvafiq qərarları ilə barələrində həbs-qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Nizami rayon məhkəməsinə göndərilib.

* * * * *

“Bakı Metropoliteni”ndə polisin qanuni əmrinə tabe olmayan şəxslərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Report xəbər verir ki, Nizami Rayon Məhkəməsinə göndərilən cinayət işi hakim Nəriman Mehdiyevin icraatındadır.

Qeyd edək ki, hadisə iyunun 4-də baş verib.

İttihama görə, Bakı şəhər sakinləri Tatyana Ulankina, Ramin Baxışov, Allahverdi İmanquliyev, Şirzad Şirzadov, Taleh Baxşıyev və Sərvan Kərimov “Bakı Metropoliteni”ndə xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıblar.

Həmin şəxslər polislərə müqavimət göstərməyə cəhd edərək, ictimai yerdə xuliqanlıq hərəkətlərinə yol veriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 221-ci (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Təqsirləndirilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 700 22.09.20 13:50