Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda evdə soba partladı: bir ailə yandı, ölən var - YENİLƏNİB

21.02.2019 11:54 7 445
Bakıda evdə soba partladı: bir ailə yandı, ölən var - YENİLƏNİB
Səhiyyə Nazirliyi Bakıda evdə odun sobasının partlaması nəticəsində xəsarət alan ailə üzvlərinin vəziyyətini açıqlayıb.

Nazirlikdən oxu.az-a verilən açıqlamaya görə, fevralın 19-u, saat 20:50 radələrində Suraxanı rayonu, Binə qəsəbəsi ərazisindən bir ailənin dörd üzvü yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə aparılıb:

“1990-cı il təvəllüdlü Əliyev Sadiq Həsən oğlunun əl, 1994-cü il təvəllüdlü Əliyeva Nargilə Cəmşid qızının ayaq nahiyələrində yanıq xəsarətləri olub. Onların vəziyyətləri yaxşı olduğuna görə evə buraxılıblar. 2017-ci il təvəllüdlü Əliyev Məhəmməd Sadiq oğlunun bədəninin 80 faizində 3 və 4-cü dərəcəli yanıq xəsarətləri olub, tənəffüs yolları yanıb. O, xəstəxanaya gətirilərkən vəziyyəti ağır olub. Ötən gün 11:20 radələrində dünyasını dəyişib”.

Nazirlikdən qeyd edilib ki, 2012-ci il təvəllüdlü Əliyeva Xədicə Sadiq qızına bədənin 50-55 faizi 3a və 3b dərəcəli yanığı diaqnozu qoyulub:

“Vəziyyəti ağır stabildir”.

* * * * *

Bakının Suraxanı rayonu, Binə qəsəbəsində evdə odun sobası partlayıb.


Hadisə Hövsanda “Südçülük sovxozu” adlanan ərazinin yaxınlığında baş verib.

1994-cü il təvəllüdlü Əliyeva Nargilə Cəmşid qızı yaşadığı evin qonaq otağında olan odun sobasını yandıran zaman oraya çoxlu miqdarda həlledici kimyəvi məhlul töküb.

Bu zaman odun sobası partlayıb və özü, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Həsən oğlu, övladları - 2012-ci il təvəllüdlü Əliyeva Xədicə Sadiq qızı və 2017-ci il təvəllüdlü Əliyev Məhəmməd Sadiq oğlu aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Məhəmməd Əliyev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsi tərəfindən araşdırma aparılır.скачать dle 11.3
Mojo.az Banner