Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Daşkəsəndə evdə partlayış: Ana və oğul xəsarət aldı

04.05.2021 12:15 2 814
Daşkəsəndə evdə partlayış: Ana və oğul xəsarət aldı
Daşkəsən rayonunda evdə partlayış olub.

Hadisə rayonun Zəylik kəndində baş verib.

Evdə istifadə edilən qaz balonunun partlaması nəticəsində Zəylik kənd sakini, 1972-ci il təvəllüdlü Vəliyeva Yaqut Vəli qızı və onun övladı 1997-ci il təvəllüdlü Vəliyev İsa Əkrəm oğlu yanıq xəsarətləri alıb.

Hər iki şəxs bədənin müxtəlif hissələrinin I və II dərəcəli yanıq xəsarəti ilə Gəncədə xəstəxanaya yerləşdiriliblər.

Son xəbərlər