Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Venesuela konsulluq və səfirliklərinə hücumlar başladı - VİDEO

21.02.2019 11:48 3 895
Venesuela konsulluq və səfirliklərinə hücumlar başladı - VİDEO
Ekvadorun Quayakile şəhərində Venesuela baş konsulluğu bir qrup silahlı şəxsin hücumuna məruz qalıb.

Bu barədə Lenta.Ru məlumat yayıb.

Diplomatik nümayəndəliyin rəhbəri Fernando Bellonun sözlərinə görə, konsulluq binasına basqın edən yeddi yaraqlı içəridə olan pul vəsaitlərini oğurlayıb, həmçinin, konsulluq əməkdaşlarına fiziki xəsarətlər yetirib.

“Onlar bizim siyasi baxışlarımızı məsxərəyə qoyurdular”, - deyə Bello əlavə edib.

Faktla bağlı cinayət işi açılıb, silahlıların axtarışı həyata keçirilir.

Venesuela XİN rəhbəri Xorxe Arreasa daha əvvəl ölkənin Kosta-Rikadakı səfirliyinə naməlum şəxslərin hücum etdiyini bildirib. Müxalifət lideri Xuan Quaidonun “xarici işlər naziri” təyin etdiyi Maria Faria buna cavabında onun silahdaşları ilə birlikdə San-Xosedəki səfirlik binasını nəzarətə götürdüyünü açıqlayıb.

Xatırladaq ki, yanvarın 21-də Velesuelada bir qrup hərbçi çevrilişə cəhd edib. Bundan sonra qiyamçıların lideri Xuan Quaido Venesuelanın qanuni prezidenti Nikolas Maduroya 72 saat vaxt verib. Venesuela Hərbi Hava Qüvvələri də müxalifət lideri Xuan Quaydonu dəstəkləyib.

Yanvarın 24-də Venesuelanıın müdafiə naziri Vladimir Padrino Lopez ölkədə dövlət çevrilişi olduğunu bəyan edib.


Son xəbərlər