Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:35 İlham Əliyev Laosun Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - Foto | 11:30 Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı | 11:21 Azərbaycan nefti 10 dollara qədər ucuzlaşdı | 11:17 Milli Məclis Zəfər Günü münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib | 22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ |
Mojo.az Avto
Mojo.az Avto

Sabah Bakı vaxtıyla 13:07-də baş verəcək - Azərbaycanda 7 saat sonra...

18.02.2019 22:04 1 974
Sabah Bakı vaxtıyla 13:07-də baş verəcək - Azərbaycanda 7 saat sonra...
Sabah Ay Yerə ən yaxın məsafədə olacaq və “Super ay” hadisəsi baş verəcək.

Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov açıqlamasında bildirib ki, bu hadisə Bakı vaxtı ilə saat 13:07-də baş verəcək. Gündüz saatları olduğu üçün biz onu müşahidə edə bilməyəcəyik. Lakin axşam saatlarında Azərbaycanda da bu təbiət hadisəsini izləmək mümkün olacaq:

“Ayın Yerə ən yaxın məsafədə yaxınlaşmasından 7 saat keçmiş olsa da, “Super Ay” hadisəsini çox yaxşı müşahidə etmək mümkün olacaq”.

Xıdır Mikayılov bildirib ki, bu təbiət hadisəsinin insanlar üçün heç bir təhlükəsi yoxdur. Sadəcə olaraq qabarma-çəkilmələrdə intensivlik arta bilər:


“Bildiyiniz kimi Ay Yerin ətrafında dartılmış orbit üzrə hərəkət edir. Yəni ay ərzində bir dəfə ən yaxın məsafədə, bir dəfə isə ən uzaq məsafədə olur. Bu yaxın məsafələrin özü, təxminən 356 mindən 365 min kilometr arası dəyişə bilər.

Sabah baş verəcək “Super ay” hadisəsində Ay Yerə 356,761 min kilometr məsafəyə qədər yaxınlaşacaq.

“Super Ay” o zaman müşahidə edilir ki, Ay Yerə ən yaxın nöqtədən keçən ərəfələrdə tamamlanmış, bədirlənmiş olsun. Yəni biz onu bütöv ay kimi görə bilək. Bu zaman Ay planetimizə adi vaxtlatda olduğundan 14 faizə qədər daha yaxın məsafədə olur, işıqlılığı 14 faiz daha artıq olur, daha parlaq görünür və səthindəki detallar daha aydın seçilir.

Düzdür bu, adi gözlə o qədər də hiss olunmur, amma siz hər hansı binokl, kiçik teleskopla baxsanız görmüş olacaqsınız. Son illərdə ən çox yaxınlaşma 2016-cı ildə baş verib. Bu, son 68 ilin ən böyük yaxınlaşması idi”.//qafqazinfo.az

Son xəbərlər