23:01 Ukraynadakı müharibə zəka və hiyləgərlik yarışına çevrilib - CNN  |     22:56 Aİ nadir torpaq metallarının tədarükündə Çindən asılılığını azaldacaq  |     22:50 “Zirə”dən qələbə, “Araz Naxçıvan” - “Sabah” matçında isə heç-heçə  |     22:41 Sumqayıtda mənzildə meyit tapıldı  |     22:36 Qriqori Leps xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır  |     22:29 “Cərimənizi hələ ödəməmişəm, indi nə üçün gəlmisiniz?!” - AQTA və qəssablar arasında qalmaqal (Video)  |     22:20 Yeni “iPhone” dizaynları təqdim ediləcək  |     22:15 “İnter” argentinalı futbolçu ilə danışıqlar aparır  |     22:08 Bu yanacaqdoldurma məntəqəsi bağlandı - Video  |     22:00 Narkokartellər Avropaya kokain keçirmək üçün yeni üsullara əl atıb  |     21:54 Bakıda daş hasar hər an uçma təhlükəsi ilə üz-üzədir - Video  |     21:49 28 yaşlı kişi kəsici alətdən xəsarət aldı  |     21:47 Həmin qalmaqallı qurultaydan daha bir görüntü - Video  |     21:26 Gəncədə saxlanılan keçmiş vəkilin məhkəməsi keçirilir  |     21:13 Rusiyada həbsdə olan azərbaycanlı iş adamı sərbəst buraxıldı  |     21:06 Beyləqanda 43 yaşlı kişini elektrik cərəyanı vurub  |     21:01 Çobanyastığı çayının 5 yan təsiri - Diyetoloqlar açıqladı  |     20:54 Kirayə mənzil qiymətləri artacaq  |     20:47 Torpaq bazarında qiymətlər necədir?  |     20:44 Donald Tramp Kim Çen Inla görüşməyə hazırdır  |    

İlin ilk Ay tutulması Azərbaycanda da müşahidə edilir - FOTO

Günəş və Ay tutulmaları adi kosmik hadisələridir. Bu hadisələr iqlimlə bağlı proseslərə heç bir təsir göstərmir.

Azvision.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov deyib.
Onun sözlərinə görə, 2020-ci ildə dörd Ay tutulması hadisəsi baş verəcək. Bu təbiət hadisələrindən yalnız ikisi Azərbaycanda müşahidə ediləcək. Bütün tutulmalar yarımkölgəli Ay tutulması olduğundan adi gözlə görmək çətin olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək.


Hazırda ilin ilk Ay tutulmasının baş verdiyini söyləyən X.Mikayılov qeyd edib ki, tutulma yarımkölgəli olduğundan adi gözlə görmək çətindir. Onun sözlərinə görə, təbiət hadisəsi Bakı vaxtı ilə saat 21:08-də başlayıb, saat 01:12-də isə sona çatacaq. Tutulma maksimum olaraq saat 23:11-də baş verəcək və Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq.

Qeyd edək ki, ikinci Ay tutulması 2020-ci il iyunun 5-dən 6-na keçən gecə baş verəcək. Yarımkölgəli Ay tutulması olacaq. Tutulma hadisəsi 21:46-da başlayacaq və 01:04-də sona çatacaq. Tutulmanın maksimumu 23:26-da olacaq. Təbiət hadisəsini Avropa, Asiya, Afrika və Avstraliyada müşahidə etmək mümkün olacaq. Adi gözlə görünməyəcək proses yalnız xüsusi cihazlar vasitəsilə izlənəcək. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.


İyulun 5-də baş verəcək üçüncü Ay tutulması da yarımkölgəli olacaq. Tutulma hadisəsi 03:07-də başlayacaq və 05:52-də sona çatacaq. Tutulmanın maksimumu 04:31-də olacaq. Təbiət hadisəsini Cənub-Qərbi Avropada, Afrikanın, Şimali Amerikanın əksər hissəsində, Cənubi Amerikada, Sakit, Atlantik və Hind okeanlarında, Antarktidada müşahidə etmək olacaq. Adi gözlə çətin görünəcək. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək. Tutulma vaxtı Ay üfüqdən aşağıda olduğuna görə hadisə Azərbaycanda müşahidə edilməyəcək.


Dördüncü Ay tutulması isə noyabrın 30-da baş verəcək. Bu, 2020-ci ilin axırıncı yarımkölgəli Ay tutulması olacaq. Tutulma hadisəsi 11:32-də başlayacaq və 15:53-də sona çatacaq. Tutulmanın maksimumu 13:44-də olacaq. Təbiət hadisəsi Şimali və Cənubi Amerika, Avstraliya və Asiyanın bəzi bölgələrində müşahidə ediləcək. Adi gözlə müşahidə etmək çətin olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək. Ay üfüqdən aşağıda olduğuna görə bu hadisə də Azərbaycanda müşahidə olunmayaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 528 10.01.20 22:35