Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

OPEC 2019-cu ildə dünyada neftə tələbatın gündəlik artım proqnozunu azaldıb

12.02.2019 22:40 5 537
OPEC 2019-cu ildə dünyada neftə tələbatın gündəlik artım proqnozunu azaldıb
OPEC fevral ayı üçün hesabatında 2019-cu ildə dünyada neftə tələbatın gündəlik artım proqnozunu 50 min barrel azaldaraq 1,24 milyon barrelə endirib.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, proqnozun azaldılması Amerika qitəsi, Avropa və Yaxın Şərq ölkələrində iqtisadi artım sürətinin yavaşıması ehtimalı ilə bağlıdır.

Bundan əlavə, OPEC 2019-cu ildə OPEC üzvü olmayan ölkələrin neft təkliflərinin artımı üzrə gündəlik proqnozu ABŞ-ın Meksika körfəzində neft hasilatının artması gözləntilərinə yenidən baxılması hesabına 80 min barrel artıraraq 2,18 milyon barrelə yüksəldib.

Hasilatın artırılması əsas etibarilə ABŞ, Braziliya, Rusiya, Böyük Britaniya, Qazaxıstan və Qanada gözlənilir, lakin Meksika, Kanada, Norveç və İndoneziyada hasilatın nəzərəçarpacaq dərəcədə azalması proqnozlaşdırılır.

Hesabatda deyilir ki, OPEC ölkələri yanvar ayında əsasən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri hesabına gündəlik hasilatı 797 min barrel azaldaraq 30,8 milyon barrelə endirib.

Beləliklə, OPEC-in digər mənbələrinin məlumatına görə, Səudiyyə Ərəbistanında gündəlik hasilat yanvarda 350 min barrel azalaraq 10,2 min barrelə düşüb. BƏƏ-də orta gündəlik hasilat 146 min barrel azalaraq 3,1 milyon barrel təşkil edib. Küveytdə bu göstərici 90 min barrel azalaraq 2,7 milyon barrelə bərabər olub. Lakin Səudiyyə Ərəbistanının özü OPEC-i məlumatlandırıb ki, yanvar ayında onun gündəlik hasilatı 400 min barrel azalıb.

OPEC ölkələri 2019-cu ilin birinci yarısı ərzində gündəlik hasilatın 1,2 milyon barrel azaldılması barədə "OPEC+" ölkələrinin əldə etdikləri razılaşmalarda iştirak edirlər.скачать dle 11.3
Mojo.az Banner