Mojo.az — elanlar
Son Xəbərlər
22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |     20:54 4 rayonda qanunsuz ağac kəsimi aşkarlandı - Təbiətə 40 min manatlıq ziyan  |     20:49 Naxçıvanda bütün sosial müavinətlər ödənildi  |     20:40 Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi  |     20:35 İordaniyada kilsədə atışma olub - Ölənlər var  |     20:28 Moskvada uçuşlar dayandırıldı - Hava limanları boşaldılır  |     20:22 Göyçayda evlərdən 24 min manat oğurlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Çörəyin qiyməti 5 manata qalxdı - Türkmənistanda böhran dərinləşir

12.02.2019 22:15 6 202
Çörəyin qiyməti 5 manata qalxdı - Türkmənistanda böhran dərinləşir
Türkmənistanda iqtisadi böhran getdikcə dərinləşir. Buna uyğun olaraq, əhalinin sosial vəziyyəti də ağırlaşır.

Median.Az
bizimyol.info-ya istinadən xəbər verir ki, paytaxt Aşqabadda təndir çörəyini 5 manata satırlar. Düzdür, söhbət Türkmənistan manatından gedir. Amma bizim pula çevirəndə də yetərincə böyük rəqəm alınır. 5 Türkmənistan manatı təxminən 2,43 Azərbaycan manatına bərabərdir. Başqa sözlə, bizdəki qiymətdən beş dəfə baha…

Türkmənistan hökuməti qiyməti süni yolla aşağı salmağa çalışır. Məsələn, Aşqabaddakı “Teke” və “Alemqoşar” bazarlarında müdiriyyət təndir çörəyini 1 manatdan baha satmamaqla bağlı xəbərdarlıq yapışdırıb. Satıcılar deyir ki, 1 manata çörək satmaq mümkün deyil. Çünki keyfiyyətli sayılan Rusiya ununun kiloqramı 12 manatdır. Ən yaxşı halda təndir çörəyini 2 manata satmaq olar. Onda da keyfiyyətsiz yerli undan istifadə etməklə… Hələ üstəlik, gündə 3 manat yer pulu vermək lazımdır.

Alıcıların bəzisi çörəyi baha qiymətə görən kimi bazar rəhbərliyinə şikayət edir. Buna görə bazardakı çörək mağazalarının tən yarısı bağlanıb.

Türkmənistan hökuməti başqa məhsullara münasibətdə də bu inzibati siyasəti yürüdür. Amma satıcıları ucuz qiymətə məcbur etmək effektiv deyil.

Türkmənistanda dövlət mağazaları da var və adətən, orada qiymətlər bir az aşağı olur. Amma o mağazalara böyük növbələr üzündən yaxın düşmək asan deyil.

Son xəbərlər