Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda çörəyi baha satan şəxslər kimlərdir?

04.10.2021 17:54 1 131
Bakıda çörəyi baha satan şəxslər kimlərdir?
Bakı şəhəri ərazisində təndir çörəyi fərqli qiymətlərə satılır.

Elə təndirxanalar var ki, əvvəllər qiyməti 50 qəpik olan çörək indi 1 manata qədər bahalaşıb.

Bahlaşmaya səbəb kimi müxtəlif amillər əsas gətirilir. Çəkiliş apardığmız bir təndirxanada 800 qramlıq çörək 1 manata satılır. Satıcılar deyirlər ki, məcburiyyətdən belə addım atıblar.

Paytaxtda təndir çörəyinin 60 qəpiyə satıldığı ərazilər də var. Amma bu da müvəqqəti xarakter daşıyır. Satıcılar bildiriblər ki, yaxın günlərdə qiymət artımı qaçılmaz olacaq.

Alıcılara aşağı qiymətlərə az çəkili çörəklər də təklif olunur. Satıcıların sözlərindən belə başa düşülür ki, onlar bahalaşmanı unun və digər məhsulların qiyməti ilə əsaslandırırlar.

Lakin xatırladaq ki, bir müddət əvvəl Baş nazir Əli Əsədov ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı qərar imzalayıb. Qərara əsasən, istehsalçılar tərəfindən satılan unun hər tonuna görə dəyirman sahiblərinə verilən subsidiyanın hesablanması üçün bir ton unun topdansatış qiymətinin yuxarı həddi 520 manat, un istehsalçısının ölkədaxili xərclər daxil olmaqla marjası bir ton unun topdansatış qiymətinin yuxarı həddinin 25 faizi həcmində müəyyən edilib.скачать dle 11.3

Son xəbərlər