Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda hepatitə yoluxanların sayı əhalinin 2%-ni təşkil edir

12.02.2019 17:05 2 655
Azərbaycanda hepatitə yoluxanların sayı əhalinin 2%-ni təşkil edir
“Azərbaycanda Hepatit B və C-yə yoluxanlar ölkə əhalisinin, təxminən, 2 faizini təşkil edir”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu xəstəliklə mübarizə səhiyyə sisteminin qarşısında duran əsas istiqamətlərdən biridir: “Bu xəstəliyin profilaktika və müalicəsi dövlət proqramına daxil edilib. Lakin hazırkı dövrdə hepatitə qarşı istifadə olunan müalicə preparatları Rusiya istehsalıdır. Xəstəlikdən müalicə dövlət hesabına aparılır. Amma preparatların effektivliyi zəifdir və bir çox yan təsirləri də var. Dünyada daha effektli, lakin çox bahalı dərmanlar var. Azərbaycanda hepatitdən öz hesabına özəl klinikalarda müalicə olunanlar da var”.

Baş infeksionist deyib ki, Azərbaycanda Hepatit B-yə qarşı mübarizə tədbirləri kifayət qədər yüksək səviyyədə aparılır: “Xüsusən bu növə qarşı peyvəndin aparılmasını qeyd etmək lazımdır. Peyvəndləmə anadan olan uşaqlar arasında aparılır və təqvim planına salınıb. Proses bütün uşaqları əhatə edir və bunun nəticəsidir ki, Hepatit B ilə xəstələnmə halları kəskin azalıb. İndiki dövrdə Hepatit B ilə xəstələnmə göstəricisi 30 il əvvəlki göstəricidən 24-25 dəfə aşağı düşüb. Bu, çox yaxşı nəticədir”.

C.İsayev vurğulayıb ki, Hepatit xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycanda ümumi qəbul edilmiş bir sıra profilaktik tədirlər həyata keçirilir: “Bu tədbirlərə xəstəxana və tibb müəssisələrində alətlərdən istifadə, onların dezinfeksiya olunmasına, birdəfəlik alətlərin istifadəsinə üstünlüyün verilməsinə nəzarət daxildir. Lakin bununla kifayətlənmək olmaz. Gözəllik salonları və digər bu kimi obyektlərdə də hepatit xəstəliyinin yayılmaması üçün profilaktik tədbirlər mütləq tətbiq olunmalıdır”.

Qeyd edək ki, C.İsayev Tbilisidə Ümumdünya Səhiyyə Təşkilatının Hepatit mövzusuna həsr olunmuş regional konsultativ görüşündə iştirak edir.

Son xəbərlər