Mojo.az Banner
22:48 Cabbar Musayev qərar imzaladı  |     22:41 Bayram öncəsi bazarlarda son qiymətlər - VİDEO  |     22:36 Hüccətülislam Tayebi Kanadaya qaçdı - GÖRÜNTÜ  |     22:28 Milyonluq tenderlər udan şirkət işçiləri müqaviləsiz işlədirmiş - 20 min cərimə  |     22:20 “Müctəba Xameneinin heç bir problemi yoxdur”  |     22:09 İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı  |     22:03 Bu BÜRCLƏR xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır  |     21:40 Yarış atını kəsilib qovurma bişirdilər - İş adamı 132 min cərimə edildi  |     21:32 "Qarabağ" "Zirə"ni məğlub etdi  |     21:29 Bakıda məşhur mədəniyyət evi restoran kimi fəaliyyət göstərir? (VİDEO)  |     21:12 Müharibəni dayandırın!  |     21:05 Ramazanın 25-ci günündə imsak və iftar VAXTI  |     20:48 "Oleq Bakınski"nin ölkəyə giriş və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR  |     20:42 Gəncədə evdən meyit tapıldı  |     20:34 Tramp: İran təslim olacaq  |     20:26 Mələkxanım Əyubovadan qızı ilə bağlı paylaşım  |     20:14 Hakan Fidan: İran Türkiyəyə raket atılması ilə bağlı iddiaları təkzib edir  |     20:08 Neftçalada 38 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb  |     19:56 Martın 15-16-sı ilə bağlı XƏBƏRDARLIQ  |     19:51 İsrailə raket hücumları başladı  |    
Left Banner
Right Banner

"Qarabağ" qalib gəlir, "Sabah" uduzdu

09.02.2019 20:14 2 365
Azərbaycan Premyer Liqasında 16-cı tura start verilib.

Median.Az
komanda.az-a istinadən bildirir ki, iki günü əhatə edəcək turun açılış matçı debütant "Sabah"la "Qəbələ" arasında olub. 20 xala malik olan hər iki komanda mövsümün ikinci yarısına qələbə ilə start vermişdi. 4-5-ci yerləri bölüşdürən komandalar cari mövsümdə Premyer Liqada iki dəfə üz-üzə gəliblər. İlk dövrədəki matçda "Sabah" "Qəbələ"ni minimal hesabla məğlub edib. Qəbələdəki oyunda isə meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar. Bu komandaların ölkə kubokunun 1/4 final mərhələsindəki duelində isə "Qəbələ" üstün olub - 1:0,1:0. Bu dəfə isə "Qəbələ" səfərdə minimal hesabla üstün olub.

Günün digər oyununda "Qarabağ" Sumqayıtda eyniadlı komandanın qonağı olacaq. 31 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "köhlan atlar" qələbə qazanaraq, lider "Neftçi" ilə xal fərqinin artmamasına çalışacaq.

Turun qalan iki oyunu isə sabah keçiriləcək. Lider "Neftçi" bu tur autsayderlər qrupunda qərarlaşan "Keşlə"ni qəbul edəcək. "Neftçilər" zirvədəki yerini itirməmək üçün bu oyundan da qələbə ilə ayrılmağa çalışacaqlar.

Samir Abasovun başçılıq etdiyi "Zirə"ni bu turda 3-cü pillədəki "Səbail"lə qarşılaşma gözləyir. "Zirzəmi"də qərarlaşan "Zirə" bu oyunda da məğlub olarsa, komandanın mövsümün sonuna kimi orta sıralara yüksəlmək arzusu mümksünsüzə çevrilə bilər.

Azərbaycan Premyer Liqası, 16-cı tur

9 fevral

Sabah - Qəbələ 0:1

Qol: Rauf Əliyev, 31.

Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Nahid Əliyev, Nahid Xasıyev

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

"Əlincə Arena"

Sabah: 30. Saşa Stamenkoviç, 5. Kərim Diniyev, 91. Coşqun Diniyev, 7. Rəşad Eyubov, 10. Cavid İmamverdiyev (k), 13. Filip İvanoviç, 25. Vanderson Silva, 15. Erik Ramos, 22. Miloş Bosançiç, 9. Marko Deviç, 11. Elgün Nəbiyev

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 21. Novruz Məmmədov, 8. Elşən Abdullayev, 6. Vadim Abdullayev, 4. Tərzin Cahangirov, 27. Bəxtiyar Soltanov, 33. Eltun Turabov, 88. Elçin Əsədov, 97. Emil Qasımov, 77. Şakir Seyidov

Baş məşqçi: Elşad Əhmədov

Qəbələ: 22. Dmitri Bezotosnı, 34. Urfan Abbasov, 14. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 10. Rauf Əliyev, 3. Voislav Stankoviç, 17. Ceyms Adeniyi, 28. Stiven Monroz, 9. Davit Volkovi, 27. Bəhlul Mustafazadə, 2. Amin Seydiyev

Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 5. Rasim Ramaldanov, 18. İlqar Qurbanov, 11. Asif Məmmədov, 21. Atakora Lalavele, 88. Sabien Lilay, 8. Qismət Alıyev, 7. Roman Hüseynov, 98. Rövlan Muradov, 77. Samir Qurbanov

Baş məşqçi: Zaur Həşimov

Sumqayıt - Qarabağ 0:1 (1-ci hissə)

Qol: Filip Ozobiç, 20.

Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Cavanşir Yusifov, Rauf Cabarov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Sumqayıt şəhər stadionu

Sumqayıt: 12. Rəşad Əzizli, 21. Arif Daşdəmirov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 99. Əli Babayev, 10. Aleksey İsayev, 5. Adil Nağıyev, 8. Peyman Babayi, 70. Ülvi İsgəndərov, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov.

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 60. Elvin Məmmədov, 22. Əfran İsmayılov, 17. Nicat Qurbanov, 7. Cavid Tağıyev, 15. Əmir Ağayev, 9. Ehtiram Şahverdiyev, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə.

Baş məşqçi: Ayxan Abbasov.

Qarabağ: 13. Vaqner da Silva, 55. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 5. Maksim Medvedev, 20. Riçard Almeyda, 17. Abdullah Zubir, 77. Donald Gerye, 19. Filip Ozobiç, 10. Dani Kintana, 7. İnnosent Emeqara, 21. Hacıağa Hacılı.

Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 4. Rahil Məmmədov, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 25. Ansi Aqolli, 6. Simeon Slavçev, 99. Reynaldo Silva, 18. İsmayıl İbrahimli, 70. Nicat Süleymanov.

Baş məşqçi: Qurban Qurbanov.

10 fevral

14:00 Neftçi - Keşlə

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rövşən Rəcəbov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

8-ci km stadionu

16:30 Səbail - Zirə

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Nail Nağıyev

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

"Bayıl Arena"скачать dle 11.3
Mojo.az Banner