Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Virusdan öldüyü deyilən tələbə qızın bacısı danışdı - VİDEO

08.02.2019 18:30 2 790
Virusdan öldüyü deyilən tələbə qızın bacısı danışdı - VİDEO
“Bakı Medical Plaza”nın həkimləri bacıma leptospiroz virusu diaqnozu qoydular. Ancaq ölüm kağızında ağciyər və ürək çatışmazlığından dünyasını dəyişdiyi yazıldı. Əvvəllər bacımın heç bir şikayəti olmayıb. Ölümündən 3-4 gün qabaq qrip oldu. Yanvarın 25-də vəziyyəti pisləşdiyi üçün onu əvvəlcə Respublika Klinik Xəstəxanasına, sonra isə “Bakı Medical Plaza”ya yerləşdirdik.

Bu sözləri oxu.az-a açıqlamasında naməlum səbəbdən dünyasını dəyişdiyi bildirilən tələbə Nərdanə Tağızadənin bacısı deyib.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən, Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan laborator müayinələr nəticəsində öz təsdiqini tapmayıb:

“Bu infeksiya haqqında məlumat daxil olan kimi, Səhiyyə Nazirliyi məsələni xüsusi diqqət altına alıb. Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb”.

Qeyd edək ki, leptospiroz çox nadir rast gələn bir xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır. İnsandan insana keçmir.

Ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi Nərdanə Tağızadə yanvarın 29-da vəfat edib. O, Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi olub.



Son xəbərlər