Mojo.az Banner
16:07 Türkiyədə zəlzələ oldu  |     15:09 Kirman şəhərinin aeroportu vuruldu  |     14:54 Prezident mükafatçısı Ülviyyə Axundovaya vəzifə verildi  |     14:43 Leyla Əliyeva "Qız Qalası" qalereyasında olub - Video  |     14:25 İrandan daha 14 nəfər Azərbaycana təxliyə edilib  |     14:09 "Azərişığ"a iş açıldı - SƏBƏB  |     13:49 Azərbaycanın göndərdiyi humanitar yardımı daşıyan yük maşınları İrana keçdi  |     13:42 Gürcüstan xeyli əcnəbini ölkədən çıxardı - Aralarında Azərbaycan vətəndaşları da var  |     13:23 "Dövlət işçisi" mənzil vədi ilə vətəndaşları aldatdı - 31 yaşlı qadın İFŞA OLUNDU  |     13:18 Moskva və Qars müqavilələrinin adı Naxçıvan Konstitusiyasından çıxarıldı  |     13:03 Dövlət qulluğuna qəbulla bağlı bəzi sənədlərə dəyişiklik edildi  |     12:53 Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR  |     12:30 Bu gecə ehtimal edilən ikinci Qədr gecəsidir  |     12:12 Müşfiq Abbasov azadlığa çıxdı  |     12:09 2000-ci illərin məşhur "Pussycat Dolls" qrupu geri qayıdır  |     12:07 Azərbaycanda karqo şirkəti fəaliyyətini dayandırır  |     11:56 Azərbaycanda VƏZİFƏLİ ŞƏXS FACİƏLİ şəkildə öldü (Yenilənib)  |     11:54 Daha bir quruma xidməti avtomobillər veriləcək - QƏRAR  |     11:48 Müğənninin evinə basqın: Təqsirləndirilən şəxslərin işi Ali Məhkəmədə araşdırılır  |     11:46 Nazirlikdən XƏBƏRDARLIQ: İki ərazidə partlayışlar olacaq  |    
Left Banner
Right Banner

Uşağın meyitini ailəsinə vermək üçün 10 min AZN tələb olunur? - KLİNİKADAN AÇIQLAMA

29.06.2018 17:50 2 293
Uşağın meyitini ailəsinə vermək üçün 10 min AZN tələb olunur? - KLİNİKADAN AÇIQLAMA
Sosial şəbəkələrdə “Baku Medical Plaza” klinikasında 5 aylıq körpənin dünyasını dəyişdiyi və meyitin valideynlərinə təhvil verilməsi üçün 10 min manat pul tələb edildiyi ilə bağlı video yayılıb.

Dünyasını dəyişən uşağın nənəsi Sona Mustafayeva iddia edir ki, uşaq klinikada komaya düşüb, daha sonra həyatını itirib.

“İndi də bizə deyirlər ki, 10000 manat verin uşağın meyitini sizə təhvil verək”, - deyə Sona Mustafayeva iddia edib.

Yayılan məlumatlarla bağlı “Baku Medical Plaza” klinikasının Baş həkimin müavini Lalə Şəkərova Realtv.az-a açıqlamasında bildirib ki, hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar tamamilə əsassızdır.

Onun sözlərinə görə, 5 aylıq uşaq xəstəxanaya iyunun 25-də daxil olub.

“Uşaq müayinə olunandan sonra onun vəziyyəti barədə valideynlərinə məlumat verilib. Uşaq metabolik xəstə olub. Ayın 28-də uşaq vəfat edəndən sonra valideynlərinin klinikaya olan 2200 manat borcu da silinib. Uşağın valideynləri heç bir etiraz etmədən çıxıb gedib. 10 min manat tələb olunur iddiası cəfəngiyyatdır. Uşağın meyiti vəfat etdiyi gün ailəsinə təhvil verilib”, - deyə Baş həkimin müavini bildirib.

Dünyasını dəyişən uşağın atası Ramin Mustafayev isə bildirdi ki, nənə Sona Mustafayeva nəvəsi dünyasını dəyişdiyinə görə emosiyalara qapılaraq klinikanı ittiham edib.

“Uşaq bizə çoxdan təhvil verilib. Artıq dəfn etmişik. Nəvəsi dünyasını dəyişdiyinə görə Sona xanım emosiyalara qapılıb və o cür çıxış edib. Klinikaya 2000-dən çox borcumuz var idi. Onu da siliblər”, - deyə Ramin Mustafayev qeyd edib.
скачать dle 11.3
Mojo.az Banner