Mojo.az Banner
23:05 Qaxda dava: Tərəflər bir-birinə xəsarət yetirdilər  |     22:19 Qonşunun quraşdırdığı kamera sakinin narazılığına səbəb oldu - VİDEO  |     22:01 ABŞ-nin Azərbaycandakı səfirliyi beş gün bağlı olacaq  |     21:39 Əhalinin NƏZƏRİNƏ: Martın 20-də... – FOTO  |     21:31 20 qəpik Azərbaycanda, 7 manat qonşuda - FOTO  |     21:25 Tramp İrana hücum barədə müttəfiqləri əvvəlcədən xəbərdar etməməsinin səbəbini açıqladı  |     21:13 Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi  |     20:58 "Neftçi" "İmişli" ilə matça itki ilə çıxacaq  |     20:53 Gəncədə 34 yaşlı şəxs bıçaqlandı  |     20:39 Pula qənaət üçün faciə riski yaradan elektromobil sahibləri - Video  |     20:28 Hacıqabulda avtomobillər toqquşdu - Yaralılar var  |     20:19 Azərbaycan-NATO tərəfdaşlığının perspektivləri müzakirə olunub  |     20:00 Bakıda daha bir marşrut nağdsız ödəniş sisteminə keçir  |     19:48 QMİ Ramazan bayramı ilə bağlı fətva VERDİ  |     19:45 Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib  |     19:42 Dövlət qulluğunun vəzifələri üzrə maaşın minimum məbləğləri müəyyənləşib  |     19:30 Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib  |     19:23 Axtarışda olan şəxs Ukraynadan Azərbaycana gətiriləcək  |     19:14 Paşinyan müxalifəti Azərbaycanla yeni müharibəyə hazırlıq görməkdə ittiham etdi  |     19:04 Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - Video  |    
Left Banner
Right Banner

Biznesmenin oğlu üç uşaq anasını öldürdü, atası qanı batırmaq üçün 52.5 min manat verdi

08.02.2019 17:47 4 126
Biznesmenin oğlu üç uşaq anasını öldürdü, atası qanı batırmaq üçün 52.5 min manat verdi
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 31 yaşlı Elnur Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org xəbər verir ki, müxtəlif sxemlərdən istifadə olunmaqla törədilən dələduzluq əməllərinin geniş yayıldığı, məhkəmələrin az qala hər gün belə işlərə baxdığı bir vaxtda E.Babayevin işi daha sensasion məqamı ortaya çıxarıb.

Belə məlum olub ki, bu şəxs Bakıda geniş imkanları olan biznesmenin yetkinlik yaşına çatmamış oğlu tərəfindən “Jeep”lə vurulub öldürülən iki uşaq anasının qanını batırmaq üçün qadının “sərxoş olması” haqda ekspertiza rəyi əldə edəcəyini vəd edib və biznesmen bu məqsədlə ona 52 min 500 manat verib. Amma daha sonra qəza və onu törədənin kimliyi ictimailəşdiyinə görə plan baş tutmayıb.



Xatırladaq ki, bu qəza 2017-ci ilin noyabrın 8-də Səbail rayonu ərazisində baş verib. “Jeep Grand Cherokee” ” markalı avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Könül  Əkbərovanı vurub. K.Əkbərova aldığı xəsarətlərdən hadisə yerində keçinib. Qəzanı Akif Rəhimovun 17 yaşlı oğlu, Bakı Dövlət Universitetinin tələbəsi Rəhim Rəhimov törədib. Lakin hadisə yerinə Rəhimovlar ailəsinin sürücüsü Əmrulla Şahbazov gələrək qəzanı öz boynuna götürüb.

Sonradan qəza ilə bağlı xəbər ictimailəşəndən, mərhumun ailə üzvlərinin şikayətindən sonra iş yenidən araşdırılıb. Hadisə şahidləri qəzanı törədən şəxsin gənc oğlan olduğunu görməsi istintaqın axarını dəyişib. Qəza ilə bağlı açılan cinayət işi müstəntiq Vüqar Abbasovdan alınıb. Yeni istintaqla müəyyən edilib ki, qəzanı məhz Rəhim Rəhimov törədib. Baş vermis hadisədən 20 gün sonra 17 yaşlı gənc saxlanılıb.

Hazırda baxılan dələduzluq işinin materallarında isə göstərilir ki, Elnur Babayev biznesmen Akif Rəhimovdan 52 min 500 manat pul alaraq əvəzində onun oğlu Rəhim Rəhimovun törətdiyi cinayəti ört-basdır edəcəyini vəd edib. Belə ki, iş adamı qəza zamanı oğlunun maşınla vurub öldürdüyü şəhid qızının “sərxoş olması” barədə  ekspertiza rəyi alacağına dair vəd verib.



Həmçinin, müstəntiq Vüqar Abbasovun köməyi  işi Akif Rəhimovun oğlunun xeyrinə həll edəcəyinə onu inandırıb. Sövdələşmənin şərtlərinə əsasən həmin 52.500 manatın  10 min manatı qadının “sərxoş olması” haqda ekspertiza rəyinin əldə olunmasına, qalan 42 min 500 manat isə həm onların xeyrinə danışacaq şahidlərin tapılmasına, həm də qəzanın Rəhimin deyil, onların ailə sürücüsünün adına rəsmiləşdirilməsinə sərf ediləcəkdi.

Amma  E.Babayev vədlərinə əməl edə bilməyib.  Belə ki, qəza hadisəsi ictimailəşdirildikdən sonra Səbail Rayon Polis İdarəsinin müstəntiqi Vüqar Abbasov (E.Babayev müstəntiq V.Abbasovun “işçisi”, yaxud əlaltısı olub-red.) vəzifə borcunu yerinə yetirərkən ciddi nöqsanlara yol verdiyinə görə işdən çıxarılıb.

Məlumata görə E.Babayev A.Rəhimovla "Yeganə" şadlıq sarayında görüşüb və pulu alıb. O, biznesmendən 52 min 500 manat alması barədə müqaviləyə də imza atıb. Lakin sövdələşmə alınmayanda pulu qaytarmayıb və biznesmen ondan şikayətçi olub. Məlum olub ki, E.Babayevin əməllərindən başqa zərərçəkənlər də var.  E.Babayevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.



Məhkəmə prosesi fevralın 12-də davam edəcək.

Oğlunun öldürdüyü 3 uşaq anasının qanını batırmaq istəyən Akif Rəhimov “Xırdalan Xəz” ASC-nin və “Yeganə” şadlıq sarayının sahibidir. Habelə başqa çoxsaylı obyektləri var. O, O, deputatlığa namizəd də olub.

Qəzada ölən K.Ələkbərova isə Qarabağ müharibəsində şəhid olmuş Elton Ələkbərovun qızıdır. Bu hadisə geniş ictimai rezonans doğurmuşdu və nəticədə biznesmenin oğlun həbs etmişdilər. Lakin hazırda həmin gənc azadlıqdadır, çünki barəsində yüngül cəza verilmişdi.

Oğlunun öldürdüyü qadının qanını batırmaq üçün müstəntiqin əlaltısı ilə bu cür cinayət sövdələşməsinə girən biznesmen özü niyə məsuliyyətə cəlb edilməyib, bu sual açıq qalır.скачать dle 11.3
Mojo.az Banner