Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

“Nargilə dairəsi”ndə dəyişiklik olacaq

07.02.2019 17:24 3 757
“Nargilə dairəsi”ndə dəyişiklik olacaq
Nobel prospekti "Nargilə dairəsi” adlanan ərazidə nəqliyyat yükünün azaldılması, tıxac və sıxlıq hallarının aradan qaldırılması məqsədilə hazırlanan layihənin icrasına başlanılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin Mais Ağayev məlumat verib.

Verilən məlumata görə, hazırda qeyd edilən ərazidə alternativlərin və əlaqələndirmə imkanlarının az olması "Nargilə dairəsi” adlanan ərazinin, o cümlədən Ramiz Quliyev küçəsinin yüklənməsinə səbəb olur.

Layihə çərçivəsində ilkin mərhələdə şəhər mərkəzindən Zığ şosesi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin "Nargilə dairəsi"nə daxil olmadan birbaşa Həzi Aslanov qəsəbəsinə və Ramiz Quliyev küçəsinə daxil olmadan Sadıqcan küçəsi vasitəsilə Məhəmməd Hadi küçəsinə və bu ərazidə yerləşən yaşayış massivlərinə çıxışı təmin ediləcək.

Nəqliyyat yükünün paylanması, sürücülərə daha çox alternativ yolların təklif edilməsi məqsədilə Agentlik tərəfindən Zığ şosesinin Qədir Məmmədov və 823-cü keçid küçələri ilə kəsişdiyi hissələrdə də sola və ya geriyə dönmə yerləri təşkili və Ramiz Quliyev küçəsin alternativ yerni yolun salınması da nəzərdə tutulub.

Nəqliyyat vasitələrinin təhlükəsiz şəkildə hərəkət edə bilməsi üçün sola və ya geriyə dönmə yerləri svetoforlar vasitəsilə nizamlanacaq.

Layihənin icrası "Nargilə dairəsi" adlanan ərazidən keçən 6 müntəzəm marşrut xətti üzrə hərəkət edən 100-dən artıq avtobusun hərəkət intervalındakı gecikmələrin də nisbətən azalmasına səbəb olacaq.

Bundan əlavə, kəsişmələrin svetoforla nizamlanması piyada keçidlərinin təşkilinə də şərait yaradacaq.

Son xəbərlər