Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

AYNA "Ukrayna dairəsi"ndə yaranan sıxlığa aydınlıq gətirdi - VİDEO

30.11.2024 16:49 1 608
AYNA
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) "Ukrayna dairəsi"ndə nəqliyyat sıxlığının yaranması ilə bağlı məsələyə münasibət bildirib.

Qurumdan verilən məlumata görə, "Ukrayna dairəsi"ndə yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə hazırlanan layihənin planlanması da simulyasiya nəticələrinə əsaslanmaqla icra edilir. Hazırda dairənin standartlara uyğun olmaması ərazidə bir sıra nəqliyyat problemləri yaradır.

Bildirilib ki, dairədə tıxac hallarından daha çox təhlükəsizlik səviyyəsinin aşağı olması ilə bağlı hallar olur:

"Qeyd edək ki, ötən gün ərazidə heç bir sıxlıq müşahidə edilməyib. Daha əvvəl yaranan sıxlıq isə təmir işlərinin başlanması ilə əlaqədar idi.

Layihə həyata keçirildikdən sonra:

- münaqişəli nöqtələr minimuma endirilərək təhlükəsizlik təmin olunacaq;

- dairənin buraxılış qabiliyyəti artırılacaq;

- hesabi hərəkət şiddəti və sürəti optimallaşacaq;

- piyadaların təhlükəsizliyi və rahatlığı təmin ediləcək.

Bundan başqa, layihə çərçivəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə hərəkətin kanallaşdırılması nəzərdə tutulur".

Son xəbərlər