Mojo.az Banner
16:40 DTX-nin ifşa etdiyi 326 milyonluq qaçaqmalçılıq işi üzrə DAHA BİR MƏHKƏMƏ QƏRARI - FOTO  |     16:35 Azərbaycana gətirilən tinglərdə virus aşkarlanıb  |     16:02 Beynəlxalq axtarışda olan əcnəbi Bakı aeroportunda ƏLƏ KEÇDİ  |     15:53 Səfər Mehdiyevin bacanağı işdən çıxarıldı  |     14:16 Küveytdə neft emalı zavoduna edilən PUA hücumu yanğına səbəb oldu  |     13:57 Rusiya Silahlı Qüvvələri Ukraynda iki yaşayış məntəqəsini nəzarətə götürdü  |     13:44 Bakıda icra hakimiyyətində müşavirə: DÖRD MƏMURA XƏBƏRDARLIQ edildi  |     13:26 Azərbaycanda yüksəkvəzifəli şəxs işdən çıxarıldı  |     13:13 Növbəti köç karvanı Xocalının Xanabad kəndinə çatıb  |     13:12 Tailandın yeni rəhbəri bəlli oldu  |     12:50 DTX tərəfindən saxlanılan Saleh Səmədovun həbs müddəti yenidən uzadılıb  |     12:45 Sabahdan 11 günlük tətil başlayır  |     12:28 Ucarda əməliyyat - Saxlanılanlar var  |     12:26 Azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı açıqlanıb  |     12:09 Torpaq zəbt edənlərə XƏBƏRDARLIQ  |     12:00 Yaz fəslində və bayram tətillərində xəstəliklərdən necə qorunaq?  |     11:32 Bəzi təhsil müəssisələrinin təmirinə 6,5 milyon manat xərclənəcək  |     11:31 QMİ Ramazan bayramı ilə bağlı fətva verdi  |     11:24 İsrail ordusundan İranın hücumu ilə bağlı üçüncü XƏBƏRDARLIQ  |     11:20 İranda yanvar etirazlarının üç iştirakçısı edam edildi  |    
Left Banner
Right Banner

Azərbaycanlılarla əlbir olub saxtakarlıq edən Şri-Lanka vətəndaşları tutuldu - FOTO

07.02.2019 13:26 1 690
Azərbaycanlılarla əlbir olub saxtakarlıq edən Şri-Lanka vətəndaşları tutuldu - FOTO
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

DSX-nın Mətbuat mərkəzindən verilən məlumata görə, Xidmət əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində son günlərdə dövlət sərhədini pozmağa cəhd edərkən 2 Şri-Lanka, 1 Özbəkistan, 1 Azərbaycan Respublikası vətəndaşı, həmçinin dövlət sərhədinin pozulması ilə əlaqədar cinayətlərin iştirakçısı olan 1 Şri-Lanka və 3 Azərbaycan Respublikası vətəndaşı saxlanılıb. Belə ki:

15 yanvar tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda "Bakı-London" reysi ilə uçmağa hazırlaşan Şri-lanka vətəndaşları 1972-ci il təvəllüdlü Subramaniyam Rasenthiram və 1999-cu il təvəllüdlü Siththirasekaram Panusam sənədlərin rəsmiləşdirilməsi zamanı təqdim etdikləri Böyük Britaniyaya məxsus vizaları saxta olduğundan saxlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxta sənədlərin əldə olunması, düzəldilməsi, istifadəsində şübhəli bilinən Şri-Lanka vətəndaşı 1982-ci il təvəllüdlü Sivangnanam Kirusanthan və onunla əlbir olan Azərbaycan vətəndaşları 1986-cı il təvəllüdlü Mövlayev İlqar Dilqəm oğlu, 1983-cü il təvəllüdlü Ağalarov Ramazan Mirtalıb oğlu və 1993-cü il təvəllüdlü Piriyev Şahin Əhmədağa oğlu saxlanılmışlar.

18 yanvar tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Xudat" sərhəd dəstəsinin xidməti ərazisində Qusar rayonunun Samur qəsəbəsinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Alıoğlu Orxan Famil oğlu sərhəd pozucusu qismində saxlanılıb. 20 yanvar tarixində eyni ərazisindən və eyni istiqamətdə dövlət sərhədini pozmağa cəhd edərkən Özbəkistan vətəndaşı 1951-ci il təvəllüdlü Nurmakhammadov Ramazon Nurmahammad oğlu sərhəd pozucusu qismində saxlanılıb. Hər iki şəxsin üzərində Rüsiya Federasiyasından deportasiya olunması barədə arayışlar aşkarlanıb.

Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.














скачать dle 11.3
Mojo.az Banner