“Qırmızı Körpü” gömrük postunda yenilik - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:38 Azərbaycanda kino çəkilişi FACİƏ ilə bitdi - Ölən və yaralı var - FOTO  |     15:34 Sumqayıtda çörək sexi yanır  |     14:29 Bakıda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı - Video  |     13:35 Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?  |     13:06 BDYPİ kənd təsərrüfatı texnikası və traktor sürücülərinə xəbərdarlıq edib - Video  |     13:02 Xocavənd və Ağdərədə baş verən yanğınlar SÖNDÜRÜLÜB  |     12:56 İsmayıllı Rayon Mərkəzi xəstəxanasında insan İZDİHAMI - Video  |     12:50 Ukraynada müharibədən sonra ilk dəfə 18-22 yaşlı kişilərin xaricə getmələrinə icazə verildi  |     12:49 Bu gün Bakı metrosu gücləndirilmiş rejimdə İŞLƏYƏCƏK  |     12:37 Bakıda göldə batan uşağın kimliyi məlum olub  |     12:28 Sərnişin taksidə öldürülüb: Otuz il əvvəl törədilmiş qətlin TƏFƏRRÜATI  |     12:26 Bəzi vətəndaşların sosial ödəniş ala bilməməsinin SƏBƏBİ AÇIQLANDI  |     12:25 Türkiyədə bıçaqlanan Araz Musayev məhkəmənin qərarını heçə sayaraq məşqçilərə hədə-qorxu gəlir  |     11:53 Xəstənin ölümündə günahlandırılan həkim yenidən azadlığa buraxıldı  |     11:38 Rusiyada daha bir güclü zəlzələ olub  |     11:17 Azərbaycanda kriptovalyuta üzərinə həbs qoyulub  |     22:54 Məktəb bazarlığı neçəyə başa gəlir? - QİYMƏTLƏR  |     22:48 ABŞ Azərbaycana 20 mlrd. dollara yaxın investisiya yatırıb  |     22:43 "Google" okeana sərmayə yatıracaq  |     22:37 Bakının hansı rayonunda daha çox yeni ev istifadəyə verilib? - SİYAHI  |    

“Qırmızı Körpü” gömrük postunda yenilik - FOTO

“Qırmızı Körpü” gömrük postunda mobil səyyar hospital xidmətə başlayıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, son vaxtlar Gürcüstanda qənaətbəxş olmayan epidemik vəziyyətin yaranması ilə əlaqədar komitə tərəfindən gömrük-sərhəd buraxılış məntəqələrində müvafiq sanitar-profilaktik tədbirləri həyata keçirilir. Bu işə cavabdeh olan Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi müvafiq öhdəliyin yerinə yetirilməsi istiqamətində zəruri addımlar atır.

Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü”, “Sadıxlı”, “Böyük Kəsik” və “Mazımçay” gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlərin daha da gücləndirilməsi üçün Dövlət Gömrük Komitəsi sədrinin sərəncamı ilə komitənin Tibbi Xidmət İdarəsinə də müvafiq tapşırıqlar verilib. Həmin sərəncama əsasən Tibbi Xidmət İdarəsinin mobil hospitalı və müvafiq tibbi heyəti Gürcüstanla dövlət sərhədində yerləşən gömrük-keçid məntəqələrinə ezam olunub. Tibbi Xidmət İdarəsi tərəfindən Gürcüstanla sərhəddə yerləşən bütün sərhəd buraxılış məntəqələrində konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.


İlk növbədə şəxslərin ölkə ərazisinə daxil olarkən təmasda olduqları bütün səthlərin mütəmadi olaraq xüsusi məhlullarla dezinfeksiya edilməsi məsələsinə metodik dəstək verilir. Eyni zamanda, gömrük ərazisinə daxil olan şəxslərlə birbaşa təmasda olan gömrük əməkdaşlarının qrip epidemiyasından qorunması üçün şəxsi gigiyena qaydaları və bu qaydalardan düzgün istifadə haqqında təlimlər keçirilir, gömrük işçilərinə qrip əleyhinə peyvəndlər vurulur.


Artıq Tibbi Xidmət İdarəsinin iki yataq yeri olan mobil səyyar hospitalı həkim heyəti ilə birlikdə “Qırmızı Körpü” gömrük postuna təhkim olunub və fevralın 5-dən etibarən xidmətə başlayıb. Mobil səyyar hospital səhhətində problem olan vətəndaşlara peşəkar tibbi yardım göstərəcək, zərurət yarandıqda infeksion xəstələri Səhiyyə Nazirliyinin müvafiq strukturlarına təhvil verəcək. Mobil hospitalda, eyni zamanda, iki yataq xəstəsinə qulluq etmək imkanı mövcuddur.

Bundan başqa, Dövlət Gömrük Komitəsinin sərhəd-buraxılış məntəqələrində xidmət göstərən əməkdaşları, eləcə də dövlət sərhədini keçən şəxslər üçün zəruri hallarda təcili tibbi yardımın göstərilməsi imkanının təmin edilməsi üçün tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.

Bunun üçün Tibbi Xidmət İdarəsi tərəfindən respublika üzrə bütün sərhəd-buraxılış məntəqələrində ilk tibbi yardım məntəqələrinin təşkil edilməsi planlaşdırılır. Tibb məntəqələri vətəndaşlarda və gömrük işçilərində hər hansı sağlamlıq problemi müşahidə olunarsa ilk yardımın göstərilməsi üçün avtomatik defibrillator, ilk yardım ləvazimatları, dərman preparatları və digər vasitələrlə təchiz olunacaq. Həmçinin sərhəd-buraxılış məntəqələrində çalışan gömrük işçilərinə komitənin Tibbi Xidmət İdarəsinin həkimləri tərəfindən ilk yardım təlimləri təşkil ediləcək.//oxu.az
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 915 06.02.19 21:14