Mojo.az Banner
22:14 Yeni "Covid" Kabusu: 23 ölkədə sürətlə yayıldı  |     22:04 Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək  |     21:50 “Ağcabədi batalyonu”nun komandiri vəfat etdi  |     21:43 Sabah bu ərazilərdə qaz olmayacaq  |     21:37 Evi su altında qalan bəzi sakinlər hotellərə yerləşdirilib  |     21:29 Şəkidə evdə partlayış - Xəsarət alanlar var - Video  |     21:22 Sükan arxasında telefondan istifadə edən sürücüyə töhmət verildi  |     21:15 26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı  |     21:10 Qarabağda işləmək istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR  |     21:03 Starlink peyki orbitadan çıxaraq partlayıb  |     20:56 "Qarabağ"ın futbolçusu məşhur İtaliya klubuna keçə bilər  |     20:56 "Qarabağ"ın futbolçusu məşhur İtaliya klubuna keçə bilər  |     20:51 Xalq artisti: "Bizə gündə 25, mindiyimiz atlara 50 manat verirdilər"  |     20:44 Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır  |     20:38 Sifarişli daşımalara buraxılış vəsiqəsi almaq üçün tələblər sərtləşdi  |     20:31 QR kodlardan istifadə genişlənir: Mütəxəssis təhlükə barədə xəbərdarlıq edir  |     20:24 Yağışlardan sonra mənzil bazarında geriləmə: Alıcılar behlərini geri istəyir  |     20:19 BDU-nun 97 yaşlı dosenti dünyasını dəyişdi  |     20:12 Sabahdan elektron siqaret çəkənlər cərimələnəcək  |     20:04 Çindən Azərbaycana 29 milyon manatlıq elektrobuslar gətirilib  |    
Left Banner
Right Banner

"Könüllülər" prokurorluq orqanlarında....

06.02.2019 20:26 1 536
Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasını yeni mərhələdə uğurla davam etdirən prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ötən illər ərzində həyata keçirilmiş ardıcıl və sistemli tədbirlər nəticəsində Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atılıb, gənclərin ictimai həyatın bütün sahələrində fəal iştirakına geniş imkanlar yaradılıb.

Baş Prokurorluqdan Qaynarinfo-ya daxil olan məlumata görə, 2018-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarına 85, ümumilikdə isə 2002-ci ildən başlayaraq keçirilən 19 müsabiqə üzrə prokurorluğa qulluğa qəbul edilmiş 873 gənc hüquqşünas hazırda prokurorluğun kadr korpusunun 67 faizini təşkil etməklə, onlardan bir çoxu yuxarı təsnifat vəzifələrə irəli çəkilib, o cümlədən 21 nəfəri ilk dəfə olaraq müstəqil rayon, şəhər və ərazi hərbi prokuroru vəzifələrinə təyin ediliblər.

Son dövrlər Azərbaycan gənclərinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirməsi, könüllülər hərəkatının ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı istiqamətində aparılan islahatların prokurorluqda da davamlılığının təmin olunması məqsədilə Baş prokuror tərəfindən 6 fevral 2019-cu il tarixdə "Azərbaycan Respublikasının prokurorluq orqanlarında ictimai köməkçilərin fəaliyyəti haqqında” Təlimat təsdiq edilib. Həmin təlimata əsasən hüquqşünaslıq ixtisası üzrə ali təhsil müəssisələrində təhsil alan gənclərin institusional bacarıqlarının artırılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili üçün prokurorluq orqanlarının fəaliyyətinə ictimai köməkçi qismində könüllü olaraq cəlb edilmələri nəzərdə tutulub.

Müvafiq ixtisas üzrə ali təhsil müəssisələrində bakalavriat (ikinci kursu bitirmiş), habelə magistratura səviyyələrində təhsil alan tələbə gənclər ictimai köməkçi qismində fəaliyyətlə əlaqədar 437-28-56, 492-06-82, 492-74-32 nömrəli telefonlar vasitəsi ilə Kadrlar idarəsinə müraciət edə və Baş Prokurorluğun internet saytından (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) əlavə məlumat ala bilərlər.скачать dle 11.3
Mojo.az Banner