Mojo.az Banner
20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |     20:04 "Merry Beauty" və "A1 kitab Evi"ndə oğurluq  |     19:58 Premyer Liqa: "Neftçi" V turun açılış oyununda qələbə qazanıb  |     19:57 ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi  |     19:45 Paytaxtın üç küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq  |     19:38 Vuçiç sentyabrın sonunda istefa verəcək  |     19:19 Bu 4 bürcün həyatında dəyişikliklər başlayır  |     19:18 Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı  |     19:03 Xarici diplomatlar Cıdır düzündə  |     18:53 iPhone almaq istəyənlərə şad xəbər — Bu modellər ucuzlaşa bilər  |     18:38 Bakının mərkəzində küçədə yıxılan kişi öldü  |     18:34 Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb  |     18:29 Nepalda sel fəlakətində ölənlərin sayı 1385-ə çatıb  |     18:20 Paytaxtda hazırda 27 istiqamətdə sıxlıq var  |     18:13 Milli Fəaliyyət Planı təsdiq edildi  |     17:54 Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi - Sərəncam  |     17:39 "Əli hər yerə girən" şəxs qadının 52 min manatını mənimsədi  |     17:31 Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır  |     17:30 Bakıda 18 yaşlı qızın meyiti tapıldı  |     17:14 Bakalavr təhsili 3 ilə endirilir: Təhsildə nələr dəyişəcək?  |    
Mojo.az Avto
Mojo.az Avto

FHN “Yanğın təhlükəsizliyi ayı” keçirir

05.02.2019 19:30 2 125
FHN “Yanğın təhlükəsizliyi ayı” keçirir
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti fevral ayının 1-dən mart ayının 1-dək “Yanğın təhlükəsizliyi ayı” keçirir.

FHN-dən verilən məlumata görə, “Yanğın təhlükəsizliyi ayı” ərzində Xidmətin ərazi və regional Dövlət Yanğın Nəzarəti idarələrinin şəxsi heyəti tərəfindən təyinatından asılı olmayaraq insanların kütləvi toplaşdığı obyektlərdə və yaşayış yerlərində vətəndaşların yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsi, yanğına qarşı su təchizatının istifadəyə yararlı, təxliyə yollarının isə qaydalara uyğun olaraq saxlanmasına xüsusi diqqətin yetirilməsi nəzərdə tutulur.

Həmçinin baş verə biləcək yanğın yerinə yanğın avtomobillərinin vaxtında, eləcə də sərbəst şəkildə yaxınlaşmasına maneçilik törədən dirəklərin basdırılması və ya beton plitələrin düzülməsi ilə yolların hərəkət hissəsinin tam və ya qismən bağlanması hallarının aradan qaldırılması üçün FHN-in Dövlət Yanğından Mühafizə Xidməti ilə birgə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.//publika.azскачать dle 11.3
Mojo.az Banner