Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Devalvasiya xofu dollarla əmanətləri artırıb

05.02.2019 11:03 2 444
Devalvasiya xofu dollarla əmanətləri artırıb
2018-ci ilin dekabr ayında maliyyə nazirinin məlum çıxışından sonra yeni bir devalvasiya xofu yaşayan əhali dollar satışını kəskin artırıb. Bu, özünü dekabr ayında banklara qoyulan depozitlərin həcmində də göstərib.

Median.Az
xəbər verir ki, depozitlər dekabrda 301,9 mln. manat artaraq, 8 mlrd. 375,4 mln. manata qalxıb.

Depozit artımında 119,8 mln. milli valyutanın, 182,1 mln. manat xarici valyutanın payına düşüb.

Dekabrın sonunda cəmi fiziki şəxslərin əmanətlərinin 37,5%-i milli valyutada, 62,5%-i xarici valyutada olub.

Ümumilikdə 2018-ci ildə əhalinin bank əmanətləri 10,8% - 8 mlrd. 375,4 mln. manatadək artıb. Əhalinin xarici valyutada əmanətləri 4,1% - 5 mlrd. 233,2 mln. manata çatıb və bütün əmanətlərin 62,5%-ni tutur.

2018-ci ildə əhalinin milli valyutada əmanətlərinin həcmi 24,1% - 3 mlrd. 142,2 mln. manatadək yüksələrək, bütün əmanətlərin 37,5%-ni əhatə edib.

31 dekabr 2018-ci il tarixinə rezidentlərin (təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda Azərbaycan Respublikasının ərazisində olan) bank əmanətlərinin həcmi 7 mlrd. 611,6 mln. manat, qeyri-rezidentlərin (xarici diplomatik nümayəndələrin işçiləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri) – 763,8 mln. manat təşkil edir.

2019-cu il yanvarın 1-nə banklarda əmanət və depozitlərin həcmi 21 mlrd. 870,4 mln. manat təşkil edir ki, bu da 2017-ci ilin sonuna olan göstəricidən 6,2% çoxdur.

Son xəbərlər