Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

“Qənimət Zahid qələt edir”. Rəsulzadənin anım tədbirində rüsvayçılıq – SƏS YAZISI

04.02.2019 11:58 4 878
“Qənimət Zahid qələt edir”. Rəsulzadənin anım tədbirində rüsvayçılıq – SƏS YAZISI
Müxalif qüvvələrin 26 yanvar toplantısı qalmaqallarla yadda qaldı. Anım tədbirinə toplaşanlar Rəsulzadəni anmaq yerinə daha çox 90-cı illərdə bazar parlamentində olduğu kimi mikrofon davası ediblər.

26 yanvar 2019-cu il tarixində Almaniyanın Frankfurt şəhərində Məmmədəmin Rəsulzadənin doğum günü adı altında AND, “Müsavat AKM” və “DAS” təşkilatlarının tədbiri olub.

“QƏNİMƏT ZAHİD QƏLƏT EDİR”

Qənimət Zahid “Facebook” profilində tədbir barədə anons verərkən təşkilatçı qismində sadəcə özünün həmsədri olduğu “AND”-ı göstərmişdi. Bundan sonra diaspora dairələri daxilində “Müsavat AKM”-nin aparıcı funksionerlərindən olan Əli Quliyevə aid Q.Zahidin “qələt etdiyini” deyən səs yazısı yayılmışdı.

Səs yazısında Q.Zahidin İlham Həsənlə telefon əlaqəsi saxlayaraq üzr istədiyi bildirilir. Bu hadisələrdən sonra Q.Zahid Facebookda öz şəxsi profilində Frankfurt tədbirinə təşkilatçılıq etdiyi ilə bağlı yazdığı statusu silib.

“KİM NƏ QƏDƏR ADAM GƏTİRİB” MÜBAHİSƏSİ

Tədbirdə iştirak edən müxalif düşərgənin funksionerləri yenə də tədbirə kimin daha çox iştirakçı gətirdiyi mübahisəsi ediblər. Təşkilatçılar tədbirə 400-500 nəfər qatıldığını desə də say əslində 140 nəfəri ötməyib.

Son xəbərlər